Kanal-13-ə təzyiqlər artıb

Xural.com-a Kanal13-dən verilən məlumata görə, kanala basqılar öz ampluasında yenidən davam edir. Son günlər Kanal13-ün ofisinə iki mülkü şəxs gəlib. Özlərini polis idarəsinin əməkdaşı kimi təqdim ediblər. Ancaq hansı idarədən gəldiklərini gizlədiblər. Kanal13-ün rəhbəri Əziz Orucovla və kanalın əməkdaşı İsmayıl İslamoğlu ilə bağlı suallar veriblər.

Son zamanlar, keçmiş siyasi məhbus, Kanal13-ün rəhbəri Əziz Orucova qarşı basqılar yenidən artmağa başlayıb. Onun ofisə gəlib-getməsindən sonra, izlənməsi halları yaşanıb. Baş verən bu hadisələrin arxasında nə dayanır? Yenidən basqıların yaşanması, kanalda gedən verlişlərin ciddi narahatlıq doğurması heç şübhəsizdir. Özünü təqdim etməyən bu şəxslərin, özlərini gizlətməsi də, müəyyən suallar doğurur.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button