Karantin rejimi pozulub və DİN əməkdaşı xəsarət alıb

Aprelin 14-ü saat 12 radələrində Hacıqabul rayonunun polis bölməsinin yanında polis əməkdaşının avtomobili dayandırmaq barədə qanuni tələbinə məhəl qoymadan Tərtər rayon sakini Elşad Məmmədov “Mersedes” markalı avtomobili (10-OO-018 dövlət nömrə nişanlı) idarə edərkən polis məmuruna qəsdən xəsarət yetirərək, idarəetməni davam edib.

Bu barədə virtualaz.org-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

“Hadisə ilə əlaqədar Azərbaycan Cinayət Məcəlləsinin 139-1.1 və 315.2 maddələri ilə cinayət işi başlanıb.

Məhkəmə prosesi zamanı həmçinin məlum olub ki, avtomobildə olan sərnişinlər Natiq Hüseynzadə və Anar Fətəliyev xüsusi karantin rejiminin qaydalarını pozublar”, – Baş prokurorun nümayəndəsi bildirib.

Yuxarıdakı cinayətləri törətməkdə şübhəli bilinən Elşad Məmmədov, Natiq Hüseynzadə və Anar Fətəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Zəruri istintaq tədbirləri davam etdirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button