“Karatenin Maradonası” qızıl medalı hədəfləyib

Karatenin Maradonası4 dəfə dünya çempionu, 9 dəfə Avropa çempionu olan Rafael Ağayev Bakıda da uğur qazanacağına əmindir

Azərbaycanın məşhur karate ulduzu Rafael Ağayev 2004-cü ildə ilk qələbəsini qazandıqdan sonra ona “Karatenin Maradonası” ləqəbi verilib.

Lakin bundan sonra idmançı elə uğurlar qazandı ki, hətta argentinalı futbol əfsanəsinin təqdirəlayiq nailliyyətlərini belə kölgədə qoydu.

xural.com “Bakı Avropa Oyunları 2015” Təşkilat Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, 2004-cü ildə keçirilən Avropa Çempionatında, 65 kq çəki kateqoriyasında qazandığı qalibiyyətdən sonra, o, 4 dəfə dünya çempionu, 9 dəfə isə Avropa çempionu olmaqla, ümumilikdə 13 yüksək səviyyəli yarışda qızıl medal əldə edib.

Karate Olimpiya Oyunlarına daxil edilsəydi, yəqin ki Rafael Ağayev bu mükafatlar sırasına bir neçə Olimpiya qızıl medalı da əlavə edə bilərdi.

Azərbaycan idmanının rəmzi siması sayılan R.Ağayev 2015-ci ildə, böyüklər arasında İstanbulda keçirilən Avropa Karate Çempionatında, 75 kq çəki dərəcəsində qızıl medal qazanmaq üçün yarışlarda iştirak etdi.

30 yaşlı idmançı bir an belə özünə inamsızlıq göstərmir:

Keçən ilin dekabr ayından Avropa Oyunlarında iştirak niyyəti ilə məşqlərə başlamışam. Başlanğıcda məşqlər çətin keçirdi, lakin tədricən buna alışdım. İki və ya üç aydan sonra mən artıq yarışa hazır idim.-Rövşən Ağayev

Rafael Ağayev italiyalı idmançı Luici Busanı özünün ən əsas rəqibi hesab edir. Bununla yanaşı, almaniyalı Noa Bitş və türkiyəli idmançı Erman Eltemura da rəğbət bəsləyir:

Hesab edirəm ki, qızıl medal qazanmaq şansım 50/50-yədir. Mənim ən sevimli zərbə fəndim “ashi barai” (ayaqla süpürmə) vuruşudur. İndi isə mən bu üsuldan qayda dəyişikliklərinə görə istifadə edə bilmirəm, bu isə mənim üçün yaxşı hal deyil.-Rafael Ağayev

Adını ləqəb olaraq daşıdığı insan kimi Ağayev də peşəkar futbolçu ola bilərdi. O, hələ də futbola əyləncə kimi yanaşır. Bütün karate idmançıları kimi, o da səbirsizliklə, karatenin Olimpiya proqramına daxil ediləcəyi günü gözləyir.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button