Karlar Cəmiyyətinin sədr müavini həbs edilib

“Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Musa Tukanov həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Amerikanın Səsi”nə bildirib ki, Musa Tukanov vətəndaşların müraciətləri əsasında təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvət almaqda təqsirli bilinir.

Musa Tukanov dövlət qeydiyyaı olmayan Azərbaycan Vahid Kommunist Partiyasının 1990-cı illərin ortalarında parçalanmış bir qanadının rəhbəri kimi tanınıb. Son illərdə Vahid Kommunist Partiasının aktiv fəaliyyəti ilə bağlı hər hansı məlumat yoxdur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button