“Kaş ki, özüm də orda öləydim”

AytacBu sözləri azadlıq prospektində faciəvi şəkildə həyatını itirən 3 yaşlı Fərəhin anası Aytac Həsənova aze.az-a verdiyi müsahibəsində deyib:

“Mən axşam özümə gələn kimi, həkim mənə dedi ki, 2 övladımı da itirmişəm – 3 yaşlı Fərəhimi və hələ dünyaya gəlməyən övladımı”

“… Gözümü açanda tibb bacılarının ətrafımda qaçdığını və başımın üstündə damcı aparatını gördüm. Gücümü toparlayıb, cəmi bir söz soruşa bildim – Fərəh… Bu məqamda  tibb bacılarından biri mənə yaxınlaşdı və qışqırdı: Həkim, o özünə gəldi!

Bir neçə saniyədən sonra yenə soruşdum:

– Hanı mənim qızım? Hanı mənim Fərəhim? Cavabı gözləmədən ağlayıb-qışqırmağa başladım. Mənə yenidən iynə vurdular və mən yuxuladım.

Bir neçə saatdan sonra ayılanda həyat yoldaşımın yanımda olduğunu gördüm. O mənim əlimdən tutmuşdu, özü isə yaranın və yanığın içində idi. Gözü yaşla dolmuşdu, dinməzcə mənə baxırdı.

– Sən yaxşısan? – deyə soruşdu.

– Yalvarıram, qızımı mənə gətir.

– Narahat olma, o da yaxşıdır, sadəcə bir az gücsüzdür, indi də şirin yuxuda yatır…

Sözünü qurtaran kimi, çevrilib otaqdan çıxdı. Görünür onun göz yaşlarını görməyimi istəmədi. Axşam özümə gələndə həkim mənə dedi ki, bu qorxunc yanğında 2 balamı itirmişəm – 3 yaşlı Fərəhimi və hələ dünyaya gəlməmiş körpəmi.

Həmin an yanğında aldığım yaralarımın ağrısını hiss etmədim, daxilimdə yeni alov qalxdı, onu söndürmək kimsənin gücündə deyil. Mənə elə gəlir ki, bu həyatda o günkü qədər məni ağrıdan heç nə olmayacaq. Kaş ki, mən də orada yanaydım, nəinki ömrümün sonunadək qəlbimdəki o yanğını hiss edəydim…”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button