Kasıblara qızıl paylayan hökmdar: 400 milyard dollarlıq sərvətin sahibi… – FOTOLAR

Bu günə kimi onun sərvətinin üstələyən başqa zəngin adam olmayıb. 14-cü əsrdə yaşamış imperatorun var-dövləti bu günə kimi müzakirə olunan mövzulardandır. Söhbət Qərbi Afrikada qurulan Mali imperiyasının hökmdarı olmuş Mansa Musadan gedir. Mansa Musa zəngin olduğu qədər də çox maraqlı bir insan olub.

Musavat.com xarici mediaya istinadən Mansa Musa haqqında maraqlı faktları diqqətinizə çatdırır.

Mansa Musa adının mənası “Kralların Kralı Musa” deməkdir. Bu, onun birinci adı deyildi. Həyatı boyunca Musanın bir çox adı olmuşdu. Mellenin əmiri, Vanqara mədənlərinin tanrısı, Ghanatanın fatehi, Lionun aslanı və Qanqan Musa kimi adlara sahib olub. Amma Qərbdə Mansa Musa olaraq bilinməkdədir.

Картинки по запросу Bill Gates'ten de Zengin: Tüm Tarihin En Zengin İnsanı Mali İmparatoru Mansa Musa

Qərbi Afrikada yerləşən Mali imperatorluğunun 10-cu hökmdarı olub. Mansa Musanın babası Mali imperatorunun qurucusunun qardaşı olub.

Mali imperatorluğunun 9-cu hökmdarı səfər zamanı Atlantik okeanda yoxa çıxdı. Nəticədə Mansa Musa hökmdar oldu. Çünki Mansa sonuncu hökmdarın vəkili idi. O dövrlərdə elə bir qanun var idi. Səfərə çıxan hökmdarlar öz yerlərinə vəkil təyin edərdilər. Geri dönmədikləri halda, yeni imperator təyin olunan vəkil olurdu. Mansa Musanın hökmdarlıq dövrü 1307-ci ildən başladı.

Картинки по запросу Bill Gates'ten de Zengin: Tüm Tarihin En Zengin İnsanı Mali İmparatoru Mansa Musa

1324-cü ildə Məkkəyə ziyarətə gedən Musa artıq zənginliyi ilə hər kəsi heyrətləndirmişdi. O digər hökmdarlardan çox fərqlənirdi. Bir çox hökmdarlar qızılını, pul-parasını sarayında saxlayırdı. Amma Musa sərvətinin demək olar ki yarıdan çoxunu yanında gəzdirirdi.  Onun karvanında 60 min kişi və əlavə olaraq 1200 qul olurdu.  Qullardan sadəcə 500 nəfəri Musanın qızıllarını daşıyırdı. Ayrıca olaraq karanda, hər biri 135 kq qızıl daşıyan 80 yüklü dəvə də olurdu. Məkkə ziyarətinə gedib çatana kimi bu qızılları pulları yol boyu gördüyü yoxsul insanlara paylayırmış. İnsanlara etdiyi yaxşılıqlarla və zənginliyi ilə çox tanınırdı.

Картинки по запросу Bill Gates'ten de Zengin: Tüm Tarihin En Zengin İnsanı Mali İmparatoru Mansa Musa

Günümüzdə Afrika yerləşən, turistlər tərəfindən hələ də ziyarət edilən bəzi məşhur abidələr onun hökmdarlığı zamanı inşaa edilib.  Qahirədən və İspaniyadan memarlar gətirən Musa məscid və uşaqlar üçün təhsil mərkəzləri inşaa etdirmişdi.  Onun sarayı qalmasa da, Qərbi Afrikadı inşa etdirdiyi universitetlər, məscidlər hələ də qalır. Onun hökmdarlığı dövründə, Mali imperatorluğu dünyanın ən böyük imperatorluğundan biri oldu.

Картинки по запросу Bill Gates'ten de Zengin: Tüm Tarihin En Zengin İnsanı Mali İmparatoru Mansa Musa

Mansa Musa, hazırda dünyanın ən varlı adamı olan Bill Qeytsdən də varlı olub.

Картинки по запросу Bill Gates'ten de Zengin: Tüm Tarihin En Zengin İnsanı Mali İmparatoru Mansa Musa

Bu günə kimi də onun sərvətini üstələyən ikinci bir adam hələ ki yoxdur. Bill Qeytsin sərvəti 75-85 milyard dollar arasında dəyişir. Musanın konkret olaraq tam 400 milyard dollar dəyərində sərvəti olub. Bu qədər sərvətin olmasına səbəb Mali imperatorluğunun o dövrlərdə, dünyaya qızıl və duz ixrac etməsi idi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button