Kasparov şahmatımızı necə xarabalığa çevirdi?!

Klara KasparovaHarrinin görkəmli anası

Çapay Sultanovun Azərbaycanın sovet şahmatçıları nəslinə ithaf etdiyi «O şaxmatax i ne tolğko» kitabını oxuyarkən bir vaxtlar Azərbaycanın şahmat məktəbinin əldə etdiyi ən yüksək zirvələrlə bağlı maraqlı məlumatlar əldə etdik. Azərbaycan şahmatının canlı karifeylərindən olan Ç.Sultanov bu kitabda Azərbaycanda şahmat hərəkatının tarixinə bir daha nəzər salaraq, müxtəlif nəsillərin aparıcı şahmatçılarının yaradıcılığını araşdırmaqla yanaşı, əsasən ötən əsrin 70-ci illərində Azərbaycanda yaranmış «şahmat bumu»na xüsusi diqqət ayırır. Kitabda «Şahmata aparan yol», «Bir qədər də Azərbaycanda şahmatın tarixinə dair, ədəbiyyat və şahmat», «Onlar birinci idilər», «50-ci illərin şahmatçı nəsli», «Unudulmaz 70-ci illər», «Kənardan baxış», «Unudulmaz görüşlər», «Əlvida, şahmat», «Proses artıq başlayıb, onu saxlamaq mümkün deyil» kimi bölümlərlə yanaşı, diqqətimizi çəkən «Şahmat Federasiyasına Kasparovun hücumu» bölümü də bizdə maraq oyatdı. Bölümdə Ç.Sultanovun Şahmat Federasiyasının sədri olduğu dövrdə şahmatın ən ali səviyyədə inkişaf etməsi və bundan hiddətlənən Harri Kasparovun və onun anası Klara Kasparovanın xüsusi plan əsasında həyata keçirdiyi siyasət çox aydın şəkildə göstərilir. Uzun illər Şahmat Federasiyasının rəhbəri olmuş Ç.Sultanovu tutduğu vəzifədən çıxarandan sonra Kasparov komandasının bu hadisəni şadyanalıqla qeyd etməsi də dərin təəssüf doğurur.

Çapay Sultanov Şahmat Federasiyasının sədri
Çapay Sultanov

Oxucularımızın da marağını nəzərə alaraq, 16 il Azərbaycan Şahmat Federasiyasının sədri işləmiş Ç.Sultanovun əlində olan fakt və dəlillərə əsasında yazılmış bu bölümü tərcümə edərək olduğu kimi onların diqqətinə çatdırırıq.

Əvvəli ötən sayımızda

Şahmat Federasiyasının digər qısamüddətli sədri – Sovet dönəmində nümunəvi komsomolçu, daha sonra demokrat, Elçibəy komandasının üzvü, İsa Qəmbər komandasının üzvü, AXC İdarə Heyətinin üzvü, H.Əliyev hakimiyyətə qayıtdıqdan sonra onun komandasının üzvü, müstəqil politoloq, «üçüncü qüvvə», prezidentliyə namizəd və «hələ axşam düşməyib» – yerli qəzetlərin səhifələrində «BP» şirkətinin şahmat klubunu təmir etdiyini olay kimi təqdim edən adam oldu.

Obyektivlik naminə demək lazımdır ki, Azərbaycanın Şahmat Federasiyasının son sədrləri içərisində real olaraq şahmat problemlərilə yalnız Elman Rüstəmov məşğul olub. Ancaq professional komandanın olmaması ona imkan vermir ki, Ümumdünya Şahmat Olimpiadasında ikiqat qalibiyyət qazanan Ermənistan kimi uğurlu nailiyyətlər əldə edə bilsin.

Yuxarıda qeyd edilən Federasiyanın «plenumu»ndan bir neçə il sonra, şahmat məktəbinə, köhnə və səmimi tanışım Sabir Zülfüqarov – Azərbaycanın basketbol üzrə yığma komandasının sabiq üzvü – mənim üçün qeyri-adi xahişlə mənim yanıma gəldi. Onu mənim yanıma Dövlət Texniki Nəzarət İdarəsinin sədri …Kamran Bağırov (Sabir onun müavini işləyirdi) göndərmişdi – onlar kompüter almışdılar və K.Bağırov da idarənin kompüterləşdirilməsində köməklik etməyimi istəyirdi.

Mən Sabirdən «Sən ondan soruş, bütün olanlardan sonra o, mənimlə ünsiyyətdə olmağı necə təsəvvür edir»- deyə soruşdum (Sabir respublikanın şahmat məsələlərindən xəbərsiz idi). Bununla da hər şey başlamadan sona çatdı.

Lenin adına Sarayda biznes-konqres uğurlu şəkildə başa çatandan sonra böyük qəbul keçirildi. Mən sabiq baş nazir T.Seyidovla və beynəlxalq şöbənin müdiri X.Səlimxanovla söhbətləşərkən yanımıza Azərbaycanın sabiq DTK sədri, sonralar isə Nazirlər Sovetinin Qaçqınların işi üzrə şöbə müdiri Ziya Yusif-zadə yaxınlaşdı. Gözləmədiyim halda o mənə dedi: «Bilirsinizmi, DTK-nın sizə qarşı yaranan neqativ münasibəti Kasparova təhkim olunmuş Azərbaycan DTK-sının işçilərinin və mənə düzgün məlumat verməyən dostumun üzündən yarandı».

«Bu gün o haqda danışmağın nə mənası var? – deyə ona cavab verdim – DTK-nın həmin işçiləri Kasparovla bir yerdə getdilər, Sizin dostunuz isə bu gün də Sizi satdı!»

Nəticə etibarilə biz onunla tez-tez Dənizkənarı parkda görüşsək də, bir dəfə də olsun yenidən bu mövzuya qayıtmadıq.

«Plenum»dan sonra Kasparov bəyan etdi ki, o «Azərbaycanda şahmat hərəkatını demokratikləşdirdi» – «demokratikləşmə»bu cür görünürdü.

Uzun illərdən sonra biz MK-nin xarici əlaqələr şöbəsinin sabiq müdiri N.Axundovla bir yerdə beynəlxalq biznes-konqresin hazırlanmasına köməklik edərkən, – yeri gəlmişkən, bu konqres də kifayət qədər uğurla həyata keçirildi – o mənə etiraf etdi ki, Azərbaycan KP MK-nın Birinci katibi Kamran Bağırov onu yanına çağırıb və deyib ki, onu Şahmat Federasiyasına sədr təyin edəcək. «Mən ona deyəndə ki, atı fildən seçə bilmirəm, o mənə dedi, «eybi yoxdur, öyrənərsən». Sonra o mənə tapşırdı ki, Federasiyaya rəhbərlik etməyə başlayanda Kasparovun fikirlərini dinlə… Mən bir neçə dəfə Federasiyada iş görmək istərkən Kasparovu dəvət etsəm də, o, mənə hər dəfə çox məşğul olduğunu bildirdi. O səbəbdən də mən iki ildə bir dəfə də olsun Şahmat Federasiyasını yığa bilmədim. Məlum hadisələr başlayandan sonra isə mən praktiki olaraq Şahmat Federasiyasının sədri olduğumu unutdum.» Düzdürmü, Ginnesin Rekordlar Kitabına düşəcək hadisədir?

Harri Kasparov
Harri Kasparov

Bu, tam Kasparovsayağıdır – xaraba qoymaq və xarabalığı heyranlıqla seyr etmək!

Məni «şahmat mükafat fondu»na yerləşdirəndən sonra Kasparov şahmatın yanından keçən hər kəsə mükafat ayırdı. İdman Komitəsinin sədr müavini, Federasiyanın və Kasparov komandasının üzvü, hansısa müəmmalı təşkilatın rəhbəri oldu, üçüncü isə – Şahmat Federasiyasının üzvü, «xəlvəti Kasparovçu», Kasparovların sayəsində xarici turnirlərdə arbitr qismində iştirak etməyə başladı. Litvinov da Kasparovun komandasının qeyri-rəsmi rəhbəri vəzifəsini aldı. O, bu günə qədər də Kasparovun komandasında özünə yer tutub. Obyekitivlik naminə demək lazımdır ki, o, mənə qarşı daha nazik «qılıncoynatdı», nəinki Kasparov komandasının digər üzvləri.

Ümumiyyətlə, müxtəlif vaxtlarda Kasparov cənablarının bir sıra dinamik davranışları maraq kəsb edir. 1984-cü ildə «Məxfidir» qrifi ilə məktub gəldi – Sov. İKP MK-nın «Şahmatın inkişafı haqqında» fərmanı. Federasiyada Sov.İKP-nin bir neçə üzvü var idi ki, onlar uzun müddət partiya borcu haqqında danışdılar və müzakirə etdilər ki, partiyanın üzvü olmayan adam – Federasiyanın sədri – həmin məktubu oxuya bilərmi? 1990-cı ilin yanvarından sonra həmin «sadiq» kommunistlər partiya biletlərindən imtina etdilər, Ayaz Mütəllibov hakimiyyətə gələndən sonra isə onu yenidən özlərinə qaytardılar. AXC-nin hakimiyyəti dönəmində AzTV-də göstərdilər ki, onlar necə Firudin Cəlilovun kabinetində AXC-yə səbəb demokratiyanın gəlməsindən və bundan sonra şahmatın hərtərəfli inkişaf edəcəyindən danışırdılar. Anatoli Karpovun Bakıya səfəri zamanı onlar H.Əliyevə «70-ci illərdə Azərbaycan şahmatının inkişafına böyük töhfə» verdiyi və ölkəni demokratikləşdirdiyi üçün öz minnətdarlıqlarını bildirdilər. Bax belə «prinsipial» kommunist–kasparovçular idilər. Bu cənablar mənə düşüncəsiz şahmatçıları, yaranmış vəziyyətdən qızdırmalı şəkildə çıxış yolu axtararaq, dırnaqlarını fasiləsiz gəmirən preferansistləri xatırladırdı – demək lazımdır ki, – çıxış yolunu tapırdılar da!

Yuxarıda qeyd olunduğu kimi Azərbaycanın Şahmat Federasiyasının yeni sədri MK-nın xarici məsələlər üzrə şöbə müdiri Namiq Axundov – MK-nin rəhbər işçilərindən biri – təyin olundu.

Mənim  Azərbaycan Şahmat Federasiyasından istefa verməyim gözləmədiyim halda Arkadiy Arkanovda sevinc yaratmışdı…

Bir yox, bir neçə adam mənə Moskvadan xəbər göndərdi ki, onların iştirakı ilə Mərkəzi Şahmat komitəsində bu təlxək, heç də zarafatyana olmayan söhbətdə çox həvəslə deyib ki, Kasparova Azərbaycan Şahmat Federasiyasının sədrini (Mənim soyadımı o təbii ki, bilmirdi) vəzifədən çıxarmaq müvəffəq oldu, hansı ki, həmin sədr respublikada şahmatı qəsb etməklə kasparovçulara ciddi mane olurdu.

Məlum idi ki, Kasparov hər dəfə özünə dövriyyə yığmağa başlayanda, ətrafında Moskva «bomond»undan ibarət bir qruplaşma yaradırdı – Puqaçova, Kvaşa, Popov, Muraşov, Burbulis (quş səsli zəhərli ilan) və s. Onların arasında daha fəalı Arkadiy Arkanov idi. Bakıda da çoxlarına məlum idi ki, o, tez-tez Kasparova qonaq gəlir, ancaq hansı məqsədlə, bunu bilən yox idi. Müxtəlif şeylər danışırdılar – ya ona Karpov və Kasparovla bağlı Moskvada yaranmış vəziyyət haqqında danışır, ya da Kasparovun hansısa tapşırığını yerinə yetirir.

O, necə müəmmalı şəkildə gəlmişdisə, o cür də itdi. A.Zeynallı mənə danışırdı, Arkanov ona deyib ki, oğlu MDU-da təhsil alır və Karpovun komandası, onların Kasparovun komandası ilə dost olmasına işarə vurublar, universiteti bitirdikdən sonra oğlunun xaricə getməsində problemlər yarana bilər.

Düşünmək olar ki, bu A.Arkanov tərəfindən adi piar olub.

Sadə dildə desək, parlaq pokkerist kimi o hesablayıb ki, əlindəki kart lazım olan kartlar deyil!

Uzun illər sonra, mən görəndə və eşidəndə ki, o, keçmiş həyat yoldaşı, dövrümüzün hamı tərəfindən sevilən xanımı Maya Kristalinskaya haqqında necə amansız tonda və hansı sözlərlə danışır, çox şey mənə aydın oldu.

Bizim nəsil insanlar Paxmutovun «Nejnost» mahnısını Kristalinskayanın ifasında necə də həyəcanla dinləyirdi. Düşündüm ki, nə yaxşı təlxək Arkanovdan sonra o həqiqi kişiyə rast gəldi və onunla 20 il ömür sürdü. Nə yaxşı ki, onun son konsertində yanında başqa bir adam, əsl kişi dayandı – İosif Kobzon. Ona görə yox ki, o da onunla mahnı ifa edəcəkdi. Ona görə ki, ağır xəstə olan qadının yıxılmaması üçün ona dəstək verirdi.

Klara Kasparova
Klara Kasparova

Kasparovun anasıgörkəmli qadın Klara

Kasparovun anası – Klara Kasparova haqqında xüsusi danışmaq istərdim, hansı ki, həmin illərdə Harri Kasparovun strategiyasını müəyyənləşdirən çubuq rolunu oynayırdı.

İndi necə olduğunu bilmirəm (mən onu 20 ildir, nə görmüşəm, nə də barəsində eşitmişəm), ancaq həmin illərdə o çox görkəmli qadın idi.

O, mənim həyat yoldaşımın da çalışdığı elmi-tədqiqat institutlarından birində elmi katib işləyirdi. Həyat yoldaşım danışırdı ki, o, Elmi Şuranın bütün iclaslarına savadlı tərtibat və mövzuya uyğun materiallar təqdim edirdi. Elmi Şuranın iclasları zamanı onun iradları hər zaman yerində və müzakirə olunan problemə uyğun olurdu.

Öz tərəfimdən isə qeyd edim ki, bir müddət sonra o, şahmatda peyda oldu, o zamanlardan da respublikada və İttifaqda şahmatın konyukturasını çox dəqiq dərk edirdi.

Onu da demək lazımdır ki, Heydər Əlyievin qəbulunda olarkən Kasparova İdman Komitəsinin sədri Gennadiy Rzayevdən daha çox SSRİ-nin şahmat işləri haqqında məlumat vermişdi. Baıkya Moskvadan Harri Kasparovla bağlı problemlərə görə uçan hər kəs onun haqqında yüksək fikirlə qayıdırdılar. SSRİ-nin yeniyetmələr üzrə yığmasının məşqçisi Anatoliy Bıxovskiy Bakıda hansısa işlə bağlı olarkən mənə dedi ki, «Axşam Klara məni qonaq dəvət edib və mən onu inandırmağa çalışmalıyam ki, Qarik yarışmaya (hansına olduğunu unutmuşam) qatılmalıdır». «Bu söhbət onunla bitəcək ki, o səni inandıracaq, Qarik həmin yarışmaya qatılmamalıdır»- deyə mən ona cavab verdim, o isə etiraz etmədən gülümsəməyə başladı.

O biri gün o, təəccüblənərək mənə dedi, «Bilirsənmi, sən haqlı çıxdın!» Bu dəfə mən etiraz etmədən gülümsədim.

Başqa nəticəni gözləməyə belə dəyməzdi – mülayim təbiətli Bıxovskiy Kasparova üçün yüngül ov idi.

Bir dəfə də başqa bir məsələni müzakirə etmək üçün Baıkya uçaraq gəlmiş V.Baturin onunla söhbətindən sonra lakonik şəkildə «məkrli qadındır, lakin ağıllıdır!» demişdi.

Harri Kasparovun «Oskar» mükafatını almaq üçün İspaniyaya səfərindən sonra Klara Kasparovanın yazdığı bir məqalə var –  «İspaniyanın buludsuz səması». Azərbaycan jurnalistlərindən heç biri belə esse yaza bilməzdi.

 

Redaksiyadan:

Növbəti sayımızda onun haqqında daha ətraflı məlumat əldə etmək üçün Klara Kasparovanın yazdığı «İspaniyanın buludsuz səması» adlı məqaləni olduğu kimi Oxucularımıza təqdim edəcəyik.

 

XuralTAC

 

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il


 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button