Keçmiş deputat 14 il müddətinə azadlıqdan məhrum edilə bilər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək həbs edilən iş adamı və sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Dünyamin Xəlilovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

D.Xəlilov və digərləri Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə), 213.2.1-ci (vergi ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) 32.4,308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ilə ələ alma) və 32.4,309.2-ci (vəzifə səlahiyyətlərini aşma ilə ələ alma) maddələri ilə ittiham olunurlar.

Təqsirləndirilən şəxs D.Xəlilov Bakıda tanınmış “Globus Plaza”nın sahibidir. O, 2005-ci ildə Azərbaycan Beynəlxalq Bankının səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan D.Xəlilov Cahangir Hacıyevin qohumu və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Azərbaycan Beynəlxalq Bankının bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib.

2015-ci ildə maliyyə böhranından sonra çoxsaylı əsassız kreditlər verilməsi və dövlət vəsaitinin israf edilməsi faktları araşdırma predmeti olub. İstintaq ümumilikdə 3,3 mlrd. dollar məbləğində mənimsəmə olduğunu müəyyən edib. Qeyri-rəsmi məlumatlara görə, bu məbləğ iki dəfə çoxdur. Dövlət vəsaitinin israfı həm də milli valyutanın devalvasiyasının səbəblərindən biri olub.

 

Turan

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button