Rubrikalar: DÜNYA XuralTAC

Keçmiş prezidentin intihar məktubu yayıldı

Perunun keçmiş prezidenti Alan Qarsianın intihardan əvvəl məktub yazdığı xəbər verilib.

“Reuters” agentliyi bildirir ki, ailəsinin iddiasına görə Qarsia bu məktubda özünü siyasi düşmənlərinin qarşısında alçalmamaqdan ötrü öıdürdüyünü yazıb.

Qarsia aprelin 17-də polis onu həbs etmək üçün evinə gələndə güllə ilə özünü vurub. O Braziliyanın “Odebrecht” tikinti şirkətindən rüşvət almaqda ittiham edilirdi və polis onu bu ittihamla bağlı həbs etməliydi.

“Odebrecht” şirkəti bütün Cənubi Amerika boyunca böyük korrupsiya qalmaqalına səbəb olub. Qarsiyadan başqa bu şirkətdən rüşvət almaqda daha üç keçmiş Peru prezidenti ittiham olunur.

Qarcia intihardan əvvəl ona qarşı ittihamların siyasi qisas olduğunu bəyan etmişdi.

“Reuters” bildirir ki, intihar məktubunun Qarsia tərəfindən yazılması müstəqil mənbə tərəfindən hələlik təsdiq edilməsə də, onun qızı Lusiana Qarsia bu məktubu atasının APRA partiyasının keçirdiyi xatirə mərasimində oxuyub: “Mən alçaldılmağıma yol verməyəcəyəm. Mən başqalarının qandallı şəkildə ortalıqda gəzdirilməsinin, miskin bir həyata düçar edildiyinin şahidi olmuşam. Lakin Alan Qarsianın bu ədalətsizliklərin iztirabını çəkməsinə ehtiyac yoxdur”.

Məktubda daha sonra deyilir:“Bu səbəbdən də övladlarıma qərarlarımın ləyaqətliyini qoyub gedirəm. Dostlarıma qürurumu, düşmənlərimə isə nifrətimin ifadəsi kimi cəsədimi qoyub gedirəm”.

“Reuters” yazır ki, bu məktub “Odebrecht” təhqiqatının Perunun və bütün Latın Amerikasının siyasi həyatında necə dərin bir parçalanma yarandığını nümayiş etdirir.

“Odebrecht” işini aparan Peru prokurorları bildiriblər ki, onlar Qarsianın həbsi üçün əsas verən kifayət qədər dəlil toplaya biliblər. Lakin Qarsia sağlığında ona qarşı ittihamların heç birini qəbul etməyib və istintaqın siyasi motivli olduğunu söyləyib.

Keçmiş prezidentin  məktubunda daha sonra deyilir:“Əksəriyyətin inandığı bu şayiələr və niftrət zəmanəsində…mən bu istintaqlardan həqiqətin üzə çıxarılması üçün yox, adamların alçaldılması üçün istifadə edildiyini çox görmüşəm”.

Bu təhqiqatın aparılmasına sərəncam vermiş Peru prezidenti Martin Vizcarra mərhumun ailəsinə onun üçün keçmiş prezident kimi dövlət dəfninin keçirilməsini təklif edib.

Lakin Qarsia ailəsi Vizcarranın təklifini rədd edib və bildirib ki, keçmiş prezidentin dəfn mərasimində yalnız onun ailə üzvləri və ən yaxın dostları iştirak edəcəklər. Siyasi şərhçilər bildirirlər ki, Qarsianın intiharı Vizcarra hökuməti ilə əksəriyyətini sağ təmayüllü siyasilər təşkil edən parlament arasında qarşıdurmanı daha da gücləndirəcək.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Şeyxdən erməni katalikosuna: “Kəlbəcərdə məktəb, xəstəxana açılışlarında nə gəzirsən?”

Bu gün Dilqəm Əsgərovla Şahbaz Quliyevimn Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etməyə gedərkən ermənilər tərəfindən girov götürülməsindən 6 il ötür. …

10 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Ayaz Mütəllibov: “Ramiz Mehdiyev öz əməlləri ilə digər vəzifə sahibləri üçün də nümunə olmalı idi…”

"Amma təəssüf... Çünki söhbət yalnız hakimiyyətin deyil, bütövlükdə dövlətin nüfuzundan gedir...” Son günlər  ölkə mətbuatında, sosial şəbəkələrdə  Prezident Administrasiyasının sabiq…

10 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Prokurorluq dirijorun rüşvət aldığını ifşa edib

Ölkənin “bütün” korrupsionerlərini tutan prokurorluq Dövlət Nəfəs alətləri orkestrinə, daha dəqiq isə, onun bədii rəhbəri Lütfi Qədirova keçib. Baş Prokurorluğun…

8 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Daha 537 nəfərdə koronavirus aşkarlanıb

Azərbaycanda koronavirus infeksiyasına 537 yeni yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında…

8 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Ramiz Mehdiyev haqqında yazılanlara cavab verdi

“Azərbaycan mətbuatında Prezident Administrasiyasında işlədiyim dövrün bəzi hadisələri haqqında yazılan məlumatlar həqiqəti əks etdirmir. Əvvəla, həmin yazıların müəlliflərinin bir çoxu…

8 İyul 2020
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Xeyrəddin Qocadan Ramiz Mehdiyev haqqında şok yazı: “…cənab heç kimsə!”

Ramiz Mehdiyev, sizi "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru olandan sonra tanımışam. Yəni 1993-cü ildən tanıyıram. Amma adınızı hər yerdən eşidirdim.…

8 İyul 2020
Xural.COM