Kemerovo vilayətinin qubernatoru istefa verib

Aman Tuleyev .

Qərarın ticarət mərkəzindəki yanğınla əlaqəli olduğu deyilir

Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev aprelin 1-də istefa verib.

Bu barədə “ria.ru” məlumat yayıb.

Ancaq Kremlin onun istefasına hansı reaksiya verməsi naməlumdur.

Bildirilib ki, Aman Tuleyev öz istəyi ilə bu qərarı qəbul edib.

RBK kanalı deyib ki, onun istefası “Qış albalısı” Ticarət Mərkəzi yanandan sonra müzakirə olunurdu.

73 yaşlı Tuleuev 1997-ci ildən vilayətə rəhbərlik edir. Onun səlahiyyət dövrü 2020-ci ildə bitirdi. Tuleyevin istefası səhhəti ilə də əlaqələndirilir.

Prezident Vladimir Putin faciə baş verən zaman bu barədə sualla qarşılaşıb. O, “əvvəlcə günahkarı aydınlaşdırmaq lazımdır, sonra məsələyə qayıtmaq gərək”-cavabını verib.

Martın 25-də ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 41 uşaq olmaqla 64 nəfər ölüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button