Kerç teraktının şahidi: “Dərsdə yatmışdım, bu da məni xilas etdi” – VIDEOLAR, FOTOLAR

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Krımda terror aktı baş vermiş kollecin tələbələrindən biri jurnalistlərə deyib:

“Düzü, gecə yatmamışdım deyə, dərsdə yuxu aparmışdı, elə bu da məni xilas etdi. Möhkəm səs-küydən ayıldım. Kabinetdən dəhlizə baxanda gördüm ki, əlində silah olan bir nəfər hamını güllələyir.

Qapını bağladım ki, bəlkə məni görməz. 10 dəqiqə sonra xüsusi təyinatlılar gəldi və mən kabinetdən çıxdım. Atəş açanın başına gələnlərdən xəbərim yoxdur. Partlayış baş verən dəhlizdə şüşələr sınmışdı, döşəmədə çoxlu meyit vardı. Bütün divarlar qaralmışdı”.

*   *   *14:44

Rusiya Milli Antiterror Komitəsinin məlumatına görə, Krımda baş vermiş partlayış terror aktıdır.

Virtualaz.org “360” telekanalına istinadən xəbər verir ki, yaralıların rentgen şəkillərində onların onların bədənində xırda detalların (vintlər və boltlar) olduğu aşkarlanıb.

Həlak olanların bədən hissələrinin qopduğu bildirilir.

*   *   *14:40

Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, Krımın Kerç şəhərindəki politexnik kollecdə 10 nəfərin həlak olması ilə nəticələnmiş partlayış terror aktı ola bilər.

Mənbənin bildirdiyinə görə, partlayış vaxtı binanın yaxınlığında naməlum şəxs olub. Bəzi şahidlərin sözlərinə görə, o, pəncərədən içəri hansısa əşyanı atıb, digərlərinin sözlərinə əsasən, içəriyə daxil olub və oraya nəsə yerləşdirib.

Kollec qazlaşdırılmayıb və orada qaz balonlarının olması və onların partlaması da istisna edilmir.

Şahidlərin sözlərinə görə, partlayışdan əvvəl kollecdən atəş səsləri eşidilib. Bu versiya hələlik təsdiqlənməyib.

Müşahidə kameralarına 20-25 yaşlı şübhəli şəxs düşüb. Hazırda polis onun axtarışı ilə məşğuldur. Cinayətkarın əlində 12 mm-lik silah və güman edildiyinə görə, partlayıcı maddə olub.

*   *   *14:14

Krımın Kerç şəhərindəki politexnik kollecdə partlayış baş verib.

Virtualaz.org RenTV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər həlak olub, 50-yə yaxın adam xəsarət alıb.

İlkin məlumatlara görə, hadisə qaz balonunun partlaması nəticəsində baş verib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button