Rubrikalar: KÖŞƏ YAZARLARI

Keyfiyyətcə yeni mərhələ başlayır …

İbrahim İbrahimli

Kəmiyyət dəyişmələrinin əsaslı keyfiyyət dəyişmələrinə və ya əksinə, keyfiyyət dəyişmələrinin əsaslı kəmiyyət dəyişmələrinə keçməsi inkişafın ümumi dialektik qanunudur. Bu qanun təbiət və cəmiyyət daxili bütün proseslərdə – köhnənin yeni ilə əvəz edildiyi hər yerdə özünü göstərir. 

Vətəndaş mövqeyi cəmiyyətdə keyfiyyət dəyişikliyinin əsas göstəricilərindən biridir.Hələ eramızdan əvvəl, bu məlum həqiqəti qəbul edən qədim yunanlar həlledici məqamlarda mövqesizlik göstərən  vətəndaşları qanunla vətəndaşlıq hüququndan məhrum edirdilər,həttda onlar xüsusi imtiyaz sahibi olan aristokratlara belə güzəştə getmirdilər…

Aristotel  “Afina politiyası” əsərindəyazırdı: “Afina şəhər dövlətində islahatlar aparan Solon iri mülkiyyətçilərin müqaviməti ilə qarşılaşırdı. Bu zaman  şəhər daxili sabitlik pozulur və qaşıdurmalar yaranırdı.Belə həlledici məqamlarda şəhər vətəndaşları baş verən olaylara biganə qalırdılar. Etinadsızlığın qarşısını almaq üçün Solon xüsusi bir qanun qəbul etdi.”

Solon qanunu…   

Solon Ağsaqqalar Şurasında Afinanın arxontu seçilmiş və dövlət islahatları keçirmək üçün qeyri-məhdud səlahiyyətlər almışdı. Bu hökmdar qədim yunanların dövlətçilik tarixinə demokratik idarəetməninə saslarını qoyan islahatçı kimi daxil olmuşdur. Attika əhalisinin borclarının silinməsi, borc əsarətinin ləğvi, irimülkiyyətin məhdudlaşdırılması “geliyeyanın” – prisyajnılar məhkəməsinin tətbiqi onun adı ilə bağlıdır.

İslahatlar zamanı Afina şəhər dövlətində tez-tez gərginlik yaşanırdı və şəhərdaxili sabitlik pozulur, araqarışırdı. Bəzi vətəndaşlar isə olayların mahiyyətindən asılı olmayaraq ətrafında baş verənlərə biganəqalır,  mövqesizlik göstərir və hər şeylə barışırdılar. Sadəcə, özünü və mülküyyətini qorumaq üçün bir kənara çəkilib seyr içi qalırdılar. Solon belə həssas məqamlarda baş verənlərə laqeyd qalan bu adamlar haqqında xüsusi bir qanun qəbul etdi: “Qarışıqlıq dövründə əlinə silah alıb ikitərəfdən heç birini müdafiə etməyələnlə rvətəndaşlıq hüququndan məhrum ediləcək.”

Qanun qəbul edilərkən Afina Ağsaqqallar Şurasında çıxış edən Solon şura üzvlərini inandırmağa çalışırdı ki, Vətənin taleyinə biganə qalan vətəndaşlara (AttikanınbütünyerlikişisakinləriAfinavətəndaşlarıhesabedildi ) heç bir halda güzəştə getmək olmaz. O, deyirdi ki, mövqeyi olmayan insane Afina vətəndaşı ola bilməz. Qoy, lap irticanı müdafiə etsin, amma kənara çəkilməsin, təki bir mövqe seçsin hansısa tərəfi təmsil etsin və mübarizəyə qoşularaq təhlükəni bölüşsün. Daha qorxusuz və rahat bir yerə çəkilib kimin qalib gələcəyini gözləməsin.

VƏTƏNDAŞ MÖVQEYİ…

Bəli, həlledici bir zamanda vətəndaşların ortaya MÖVQE qomaq əvəzinə bitərəf qalıb qırağa çəkilməsi, belə həssas bir məqamda məsuliyyəti öz üzərindən atıb seyriçi qalması bağışlanılması mümkün olmayan bir günahdır. Təcrübə göstərirki, tarixin amansız sınaqlarına məruz qalan xalqların taleyi məhz çoxluğun biganəliyindən dolayı sual altına düşür, hətta tarix səhnəsindən silinmək təhlükəsilə üz-üzə qalır. Belə ağır durumdan onu yalnız və yalnız VƏTƏNDAŞ MÖVQEYİ xilas edə bilir… Yaxın tarixdə, belə bir təhlükə ilə üzləşənTürkiyəni Atatürkün çağırışı ilə çoxluğun ortaya qoyduğu VƏTƏNDAŞ MÖVQEYİ  xilas etdi. 

Ədəbiyyat üzrə Nobel mükafatı laureati Tomas Mann 1930 – cu ildə “ Zəkaya müraciət edirəm” adlı çıxışında bütün ziyalıları faşizmə qarşı mübarizədə vahid cəbhədə birləşməyə çağırırdı: “İndi seçim anıdır- ya susub seyriçi qalacaqsan, ya da çağırışa qoşulub mübarizə aparacaqsan. Çünki Almanıyanın gələcəyi, xalqın taleyi həll olunur, belə həlledici məqamda susmaq olmaz, ortaya mövqe qoyub vətənin asistlərin girovluğundan xilas etmək lazımdır. “Bu müraciətdən sonar faşistlər onu Almaniya vətəndaşlığından və Berlin universitetinin fəxri doktoru adından məhrum etdilər.

Tomas Mann nasist Almaniyasından mühacirət edərkən yazırdı: “Əgər zamanında alman ziyalıları hamılıqla ölkədə baş verən bu olaylara qarşı çıxış edib ortaya vətəndaş mövqeyi qoysayıdılar, indi hər şey baş verən faciələrdən fərqli olardı. Seyriçi qalmağınızla, əslində, siz- alman ziyalısı birbaşa olmasa da, dolayısıyla nasizmə yardımçı oldunuz. Hər biriniz seyriçi mövqeyinizə haqq qazandırıb“mən siyasətlə məşğul olmuram”- dediniz. Hitler tərəfindən Sürixdə, Parisdə, Budapeştdə Bethoveni ifa etmək üçün göndərilən dirijorun “Mən,sadəcə, musiqiçiyəm və musiqidən başqa heç nə ilə məşğul olmuram”,- deyərək yaxasını kənara çəkməsi də həyasızcasına deyilmiş bir yalanidi. Maraqlıdır, nə yaxşı bu on ikiildə Bethovenin Almaniyanın azadlığına həsr edilmiş “Fidelio” operası qadağan edilmədi? Himmler Almaniyasında “Fidelio” dinləyib rüsvayçılıqdan əlilə üzünü tutmamaq üçün nə qədər gönüqalın olmaq lazımmış.”

Tomos Mann demişkən…

Ölkənin gələcəyi, xalqın taleyi həll olunan məqamda susmaq olmaz, ortaya vətəndaş mövqeyi qoymaq lazımdır. Sadəcə, mən yazıçıyam və əsər yazmaqdan başqa heç nə ilə məşğul olmuram…mən rəssamam və rəsm çəkməkdən başqa heç nə ilə məşğul olmuram… mənmusiqiçiyəm və musiqidən başqa heç nə ilə məşğul olmuram deyib yaxanı kənara çəkməyin adının nəo lduğunu mən demirəm; bu adı 100 il bundan əvvəl Tomas Mann qoyub. Bu gerçəkdən də həyasızcasına uydurulmuş bir bəhanədir.

P.S. Səhər bir sərəncam verib axşam mürəkkəbi qurumamış ləvğ etməkdənsə, bəlkə elə birdəfəlik Solon qanunlarını qəbul edib, ölkəni korrupsiyanın girdabından, xalqı bankların girovluğundan, torpaqları erməni işğalından azad edəsiniz, cənablar! 

Paylaş:

Share

Son Əlavələr

Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar – VİDEO

Milli Məclisin deputatı İqbal Məmmədovla bağlı daha bir şok məlumat yayılıb. Musavat.com Editor.az saytına istinadən xəbər verir ki, tanınmış iqtisadçı-ekspert…

19 Avqust 2019 3:23 səhər

Ərdoğan Vaşinqtonu necə tovladı?-TƏHLİL

Stiven A. Kuk Foreign Policy (ABŞ), 16.08.2019   2019-cu il avqustun başlanğıcında bütün Vaşinqton yüksək “döyüş hazırlığı” durumuna düşmüşdü: ekspertlər, siyasətçilər…

18 Avqust 2019 3:21 səhər

Qəza enişi etmiş A321 təyyarəsinin iki pilotuna Rusiya Qəhrəmanı adı verilib

Prezident Vladimir Putin A321 təyyarəsini Moskva ətrafında qarğıdalı tarlasına endirmiş “Ural Hava Yolları”nın pilotlarını Rusiya Qəhrəmanı adına layiq görüb. AZƏRTAC…

18 Avqust 2019 3:15 səhər

Vilayət Eyvazovdan yeni təyinatlar

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib. Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmrləri Daxili İşlər naziri, general-polkovnik Vilayət…

18 Avqust 2019 3:11 səhər

Jurnalist Ağ Evi akkreditasiyasının ləğvinə görə məhkəməyə verdi

CNN telekanalının siyasi analitiki Brayan Karem Ağ Evi məhkəməyə verəcəyini bildirib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu…

18 Avqust 2019 3:02 səhər

“Rəhim Qazıyev dedi ki, Prezident Aparatını bombalatdıracaq”-Pənah Hüseyn son 26 ilin sirlərini açır

Pənah Hüseyndən sensasiya dolu tarixi açıqlamalar; 1993-cü ilin fevralında televiziyada səsləndirilən bəyanatdan sonra Rəhim Qazıyev hərbi təyyarələrlə PA-ya hücuma keçəcəyini…

17 Avqust 2019 4:15 axşam
Xural.COM