Kılıçdaroğluna dəfn mərasimində hücum

Ankaranın Çubuk rayonunda şəhidin dəfn mərasimində CHP sədri Kamal Kılıçdaroğluna hücum ediblər.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hakkaridə terrorçular tərəfindən qətlə yetirilmiş əsgər Yener Kırıkçının dəfnində xoşagəlməz anlar yaşanıb.

Çubuk rayonunun Akkuzu məhəlləsindəki dəfn mərasimində Ankara böyükşəhər bələdiyyəsinin sədri, CHP üzvü Mansur Yavaşla birlikdə partiyanın sədri Kamal Kılıçdaroğlu da iştirak edib. Bir qrup şəxs Kılıçdaroğluna hücum edərək, ona zərbələr endirib.

Hazırda CHP sədrinin vəziyyətinin kafi olduğu bildirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button