Kimdir günahkar/Ata-KAMPANİYA

3-cü açıqca

 

“Qadınlara Qarşı Zorakılığa Son!” Kampaniyası bütün dünyada 25 noyabr (Qadınlara qarşı zorakılıqla mübarizə üzrə beynəlxalq gün) və 10 dekabr (Beynəlxalq insan hüquqları günü) tarixləri arasındakı 16 gün müddətində qeyd olunur və bu kampaniyanın Azərbaycanda da qeyd olunmasını Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) həyata keçirir. Builki “Kimdir günahkar” kampaniyası (#kimdirgunahkar) zorakılığa məruz qalmış qadınların bu zorakılıqdakı günahkarlarını sorğulamaq məqsədini daşıyır…

 

#kimdirgunahkar

– Kimdir günahkar?
– Ata …

Dost ola bilmədik, aşa bilmədiyim sərhədlərin vardı və bunu hörmət olaraq gördün.

“Olmaz”larla başlayan hər cümlənin ruhumdakı qığılcımları hər gün bir az daha öldürdüyünün fərqində deyildin.

Məni evində qonaq kimi görüb, “qüsursuz təhvil vermək” adına bütün həyatımı çərçivələrə saldın. Arzularımı, istəklərimi görməzdən gəldin – təhsilimi, işimi, yoldaşımı seçdin…

Əslində, arxamda dursaydın xoşbəxt, cəsarətli və uğurlu bir qadın ola bilərdim, amma sən bunu seçmədin…

 

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) tərəfindən nəşr olunan “Kimdir Günahkar?” açıqcası RİQC-in 15 illiyinə həsr olunmuş “Qadınlara qarşı Zorkılığa SON!” adlı kampaniyanın tərkib hissəsidir. İstifadə olunan fotolar RİQC-in sifarişi ilə #kimdirgunahkar silsiləsi üçün rəssam Nərmin Vəliyevanın çəkdiyi bodi-art (bədən üzərində incəsənət) əsərlərini əks etdirir.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button