Kimlər ali məktəblərə imtahansız qəbul olunacaq? – VİDEO

237_rptxl4lo4kOrta məktəblərin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının tarixləri açıqlanıb.Buraxılış imtahanlarının nəticəsindən asılı olmayaraq şagirdlərin atestat almasında problem olmayacaq.Amma aldıqları qiymət ali məktəblərə qəbulda həlledici rol oynaya bilər.Belə ki, qiymətləri qənaətbəxş olanlar 5-ci ixtisas qrupunun müəyyən ixtisaslarına, habelə orta ixtisas məktəblərinə imtahansız qəbul ediləcək.

2014/2015-ci tədris ili üzrə ümumtəhsil müəssisələrinin 9-cu və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçiriləcək buraxılış imtahanlarının keçiriləcəyi tarix məlum olub.İmtahan əvvəl paytaxtda, daha sonra regionlarda baş tutacaq.
Buraxılış imtahanında hər hansısa fənn üzrə kəsilməsi , şagirdin atestat almağına təsir etməsədə atestat qiymətlərinin nəzərə alındığı ixtisas qrupuna və orta ixtisas məktəblərinə qəbula mənfi təsir edə bilər.
9-cu sinif üzrə 245 nəfər,11-ci sinif üzrə isə 235 nəfər olmaqla, 480 şagird Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında buraxılış imtahanından azad edilib.Onların yekun qiymətləri , ilboyu olan göstəricilərə əsasən müəyyənləşəcək.
bu həftədnin sonundan ali məktəblərə qəbul imtahanları da başlayır.ilk olaraq mayın 17-də Əvvəlki illərin məzunları üçün 2-ci və 3-cü ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək.İmtahanlar respublikanın 11 şəhərində 30 binada və eyni vaxtda baş tutacaq. Prosesdə iştirak etmək üçün ərizə vermiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button