“Kinomuzda Anar fenomeni” adlı  kitab işıq üzü görüb

Kinoda-Anar-Fenomeni

“Elm və təhsil” nəşriyyatında tanınmış kinoşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əlisəfdər Hüseynovun “Kinomuzda Anar fenomeni” adlı  kitabı nəşr olunub. Kitabın redaktoru və ön sözün müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovdur.

Müəllif bu yeni kitabinda görkəmli yazıçı-dramaturq və kino xadimi Anarın  ssenariləri əsasında onun özünün və digər rejissorların çəkdikləri həm sənədli, həm də bədii filmləri geniş təhlil etmiş, onun Azərbaycan ekran sənətinə gətirdiyi  yenilikləri, film yaratmaq  məharətinin, ekran estetikasının prinsipial xüsusiyyət-lərini araşdırmış, «kinematoqrafçı Anar» fenomeninin mahiyyətini açıqlamış, ümumiyyətlə, istər ssenarist, istərsə də rejissor kimi Anarın kino tariximizdəki yerini müəyyənləşdirməyə çalışmış, elmi-nəzəri əhəmiyyət daşıyan bir sıra mühüm nəticələrə gəlmişdir.

Kitabın sonunda kino estetikasının müxtəlif problemləri  ətrafında Anarla geniş müsahibə verilmişdir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button