Kirill Budanov: “Putinin ətrafında Ukrayna kəşfiyyatı ilə əməkdaşlıq edənlər var”

“Rusiya Prezidenti Vladimir Putinin ən yaxın ətrafı arasında Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edənlər də var”.

Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

O, Putinin ətrafında Ukrayna kəşfiyyatının adamlarının olduğunu təsdiqləyib: “Sayı açıqlamayacağam. Amma Rusiyada durum faktiki olaraq hər gün pisləşir. Ona görə də bizimlə əməkdaşlıq etmək istəyən insanları tapmaq hər gün asanlaşır”.

K.Budanov bildirib ki, bu insanların əməkdaşlığının əsas motivasiyası gələcəkdə normal yaşamaq imkanıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button