Rubrikalar: MƏDƏNİYYƏT XuralTAC

“Kitabıstan” yeni bir dünya miqyaslı əsər tərcümə etdi: “İsveçrəliləri izləyin”

Ötən ilin noyabr ayında “Finlandiyadan 100 sosial innovasiya” kitabını nəşr edən “Kitabıstan” nəşriyyatı bu dəfə İsveçrə haqqında yazılmış, “İsveçrəliləri izləyin” kitabının təqdim etməyə hazırlaşır. Nəşriyyatdan xural.com-a verilən məlumata görə, kitabın təqdimatı mayın 15-də saat 17.00-da “Sofia” hoteldə keçiriləcək.

Ön sözünün müəllifi İsveçrə Federal Məclis üzvü (2009-2017), İsveçrə Xarici İşlər Federal Departamentinin rəhbəri (2012-2017) Didye Burkxalter olan “İsveçrəliləri izləyin” kitabı dünyanın müxtəlif ölkələrindən olan müəlliflər tərəfindən qələmə alınıb. Kitab İsveçrənin inkişafından, mədəni, dini, irqi müxtəlifliyinə baxmayaraq, necə birləşdiyindən və öz bütövlüyünü necə qoruduğundan, İsveçrə federalizmi, birbaşa demokratiyası və bank sistemindən bəhs edir.
Kitabın Azərbaycan dilinə tərcümə edilmiş variantının ön sözünü isə Azərbaycan oxucusu üçün İsveçrə Konfederasiyasının Azərbaycan və Türkmənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder qələmə alıb.
Kitabla bağlı Etatist.com-a danışan İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin attaşesi Mario Epp bildirib ki, bu kitab İsveçrəni, onun fərqli iqtisadi və siyasi sistemini yaxından tanımaq üçün unikal imkan yaradır:

“İsveçrə Səfirliyi və “Kitabıstan” aprelin sonunda “İsveçrəliləri izləyin” kitabının Azərbaycan dilinə tərcüməsi və çapı birgə layihəsini başa çatdırıb. Kitab azərbaycanlı oxuculara İsveçrəni, onun  fərqli iqtisadi və siyasi sistemini yaxından tanımaq üçün unikal imkan yaradır.

Bu tərcümə ilə “İsveçrəliləri izləyin” kitabının redaktorları, “Kitabıstan” İsveçrənin Azərbaycanda daha yaxşı başa düşülməsinə töhfə verməyə xidmət edib və odur ki, İsveçrə səfirliyi iltifatla bu layihəyə dəstək verib.

“İsveçrəliləri izləyin” kitabının orijinalı 2015-ci ildə ingilis dilində İsveçrənin “Avenir Suisse” təşkilatı tərəfindən dərc edilib. Kitabda dünyanın dörd bir yanından isveçrəli olmayan şəxslər öz yazıları ilə çıxış edib. Bir sıra esselərdən ibarət olan kitab oxucuları heç bir dərs vermədən problem həllinə alternativ yanaşmalar barədə düşünməyə dəvət edir. İsveçrənin özəlliyi nədədir? Ölkənin güclü və zəif tərəfləri nədən ibarətdir? Ekspertlər qısa esselərlə bu suallara cavab verməyə çalışır”.

Hər zaman müxtəlif ölkələrin inkişaf metodlarını Azərbaycan oxucusu üçün təqdim edən “Kitabıstan” nəşriyyatının təsisçisi Şəhriyar Məcidzadə Etatist.com-a açıqlamasında bildirdi ki, “Bu, bizim sayca artıq 8-ci kitabımızdır. Sevinirik ki, dünyanın daha bir nümunəsini Azərbaycan insanına ən yüksək keyfiyyətdə və səviyyədə təqdim edə bilmişik. “İsveçrəliləri izləyin” kitabının əhəmiyyətinin iki əsas səbəbi var: 1. Bu kitab İsveçrənin beyin mərkəzi olan “Avenir Suisse” tərəfindən ingilis dilində nəşr edilib. 2. Bu kitabda yer alan məqalələri dünyanın bir çox ölkələrindən olan mütəxəssisləri qələmə alıb. Xüsusi ilə qeyd etmək istəyirəm ki,  bu məqalələrin müəllifləri sıradan insanlar deyil, müxtəlif ölkələrdən olan elmi dərəcəyə sahib dövlət adamları, iqtisadçıları, müxtəlif peşə üzrə ixtisaslaşmış şəxslərdi.

Həmişə düşünmüşəm ki, Azərbaycana fayda vermək istəyiriksə onu dünyanın möhtəşəm nümunələri ilə tanış etmək lazımdır. Bu ənənəmizə sadiq qalaraq hər ölkənin nailiyyətləri ilə bağlı kitablar tərcümə etmişik indiyə qədər. İnsanlara yaradıcılıq, çalışma əzmi, alternativ yollar axtarmaq, motiv verici kitablar verməli olduğumuzu düşünmüşük.  “İsveçrəliləri izləyin” kitabı İsveçrənin dövlət sistemini, iqtisadi, sosial nailiyyətlərini dərindən öyrənmək üçün əla fürsətdir və hər bir diqqətli oxucu bu kitabı əldə edib oxumalıdır. Biz bilməliyik ki, alternativləri öyrənmək imkanı problemlərdən yan keçmək, elmə tərəqqiyə yol açmaqdı. Elə bizim də istəyimiz budur. Hamıya tövsiyə edirəm ki, bu kitabı əldə edib oxusun. Bildiyiniz kimi İsveçrə neytral dövlətdir, Avropanın düz mərkəzində öz neytrallığını qoruyan, 200 ildən çox müharibə görməyən, müxtəlif dinləri, dilləri, millətləri birgə yaşadıb isveçrəli fərqi yaradıb bütün bunlara necə nail olduğunu sizə bu kitab açıqlayacaq. Mən bu kitabın ərsəyə gəlməsində, təklifimizi dəyərləndirən və kitabın Azərbaycan nəşri üçün ön sözünü yazma təklifimizi qəbul etmiş Azərbaycanın dostu İsveçrənin Azərbaycandakı səfiri olan cənab Filip Ştalderə, bizim dostumuz saydığımız Simona Haberliyə və digər əməkdaşlara təşəkkürümü bildirirəm. Ümidvaram ki, cəmiyyətimiz üçün növbəti kitabımız faydalı olacaq. Bu arada fürsətdən istifadə edib hər bir oxucumuzu may ayının 15-də İçərişəhərdə yerləşən “Sofia” hotelə dəvət edirəm. Kitablara insan taleyi qədər həssas yanaşmaq lazımdır. Ümid edirəm ki, Azərbaycanın ziyalıları, media mənsubları da bu çalışmaları izləyib əməyimizi qiymətləndirəcəklər.
Qeyd edək ki, təqdimatda İsveçrə Konfederasiyasının Azərbaycan və Türkmənistan Respublikasındakı səfirinin müddəti bitdiyi üçün onu səfirliyin attaşesi cənab Mario Epp təmsil edəcək və oxucuların qarşısında niqt söyləyəcək.

Onu da əlavə edək ki, “İsveçrəliləri izləyin” kitabının təqdimatı zamanı Azərbaycan Cümhuriyyətinin qarşıdan gələn 101 illiyi münasibətilə “Kitabıstan”ın digər nəşrlərini 20 faiz endirimlə əldə edə biləcəksiniz.
Əlavə məlumat üçün 070 537 21 84 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Paylaş:

Share

Son Əlavələr

  • MƏDƏNİYYƏT
  • XuralTAC

Səadət Cahangir şeiri: ““Hardasan” çağır, gəlim”

Bu yağmurlu gecədə “hardasan” çağır, gəlim, bir dayanacaqda dur, çətir aç, yağır, gəlim... çağır, bəlkə bu küçənin kənarından keçirsən, qısıldığım…

23 Sentyabr 2019 1:39 axşam
  • SİYASƏT
  • XuralTAC

Fuad Əliyev: “İsraildə səfirliyimiz açılmalıdır”

Azərbaycan Liberal demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. Xural.com xəbər verir ki, iclasda ictimai-siyasi vəziyyət, dekabrda…

23 Sentyabr 2019 12:51 axşam
  • GÜNDƏM
  • XuralTAC

Fəalın həbs müddəti bitib, amma azadlığa buraxılmır

Sentyabrın 2-də 15 gün müddətinə həbs edilmiş ictimai fəal Rafael Hüseynzadənin inzibati həbs müddəti sentyabrın 17-də başa çatıb. Həbs müddətinin…

23 Sentyabr 2019 1:38 səhər
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əfqan Muxtarlı həbsdə aclıq aksiyasına başlayıb

16 saylı koloniyada cəza çəkən jurnalist Əfqan Muxtarlı bu gün aclıq elan edib. O, qanunsuzluğa və vəkili Nemət Kərimliyə fiziki…

23 Sentyabr 2019 1:35 səhər
  • GÜNDƏM
  • XuralTAC

Vurğun Əyyubun səhhəti ağırlaşıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyubun səhhəti ağırlaşıb. Bu barədə APA-ya Vurğun Əyyubun əmisi oğlu İsmayıl Əyyub…

22 Sentyabr 2019 11:14 axşam
  • GÜNDƏM
  • XuralTAC

Rövnəq Fatehin İstanbulu “fəth etmək” savaşı

  Neft maqnatı azərbaycanlı iş adamlarının hotelini əllərindən necə alıb?   Bizim məmurların “mədəsi ilə beyni arasında rabitə itdiyinə” görə,…

22 Sentyabr 2019 2:31 səhər
Xural.COM