KİV: “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dekabrın 2-də görüşü planlaşdırılır”

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan dekabrın 2-də Stokholmda görüşməyi planlaşdırırlar.

Aysor.am xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Luk Devin deyib.

Xatırladaq ki, dekabrın 2-3-də Stokholmda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının illik iclası keçiriləcək.

İclasda iştirak etmək üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçə işgüzar səfərə gedib.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button