KİV haqqında qanun niyə mürtəceləşdirildi?

KİV haqqında qanuna edilən son dəyişikliklərin pərdəarxası

“Kütləvi İnformasiya Vasitələri haqqında” Qanuna edilən son dəyişikliklərin pərdəarxası ilə bağlı “Azadlıq” qəzetinin redaksiyasına ilginc məlumatlar daxil olub. Xatırladaq ki, bir neçə gün əvvəl ölkə başçısı İlham Əliyev qanuna edilən dəyişikləri təsdiqləyib. Dəyişikliklər məhdudlaşdırılan informasiyalarla bağlıdır. Bununla əlaqədar qanunun 3-cü maddəsinə yeni bəndlər əlavə edilib.

Qanuna əlavə edilən bəndlərdən birinə görə, media bundan sonra hər hansı cinayət işi üzrə tərtib olunan və informasiya əldə edilməsi haqqında qanunvericiliyə uyğun sənədləşdirilmiş materialların surətlərini olduğu kimi yaya bilməyəcək.

Redaksiyaya daxil olan məlumatlarda deyilir ki, dəyişikliklərdə əsas məqsəd də budur. İddialara görə, “MTN işi”, “kredit qalmaqalı” və yanan bina ilə bağlı cinayət işləri hakimiyyətdə ciddi narahatlıq yaradıb. Narahatlığın kökündə isə hər üç işdə hakimiyyətin əleyhinə işləyən ifadələrin olmasıdır. İqtidar ideoloqları hesab edir ki, həmin ifadələrin tirajlanması doğru olmaz. Deyilə bilər ki, məhkəmə proseslərində həmin ifadələr ictimailəşə bilər. Məsələ burasındadır ki, hər üç işlə bağlı məhkəmə proseslərinin qapalı keçirələcəyi barədə ehtimallar var. Digər tərəfdən, məhkəmə proseslərində təqsirləndirilən şəxslərə təsir etmək imkanı ola bilər. Amma onların istintaqa verdikləri ifadələr hansısa yolla mətbuata ötürülərsə, o zaman məsuliyyəti istintaq orqanı daşımalı olacaq. Hakimiyyət hər üç iş üzrə təqsirləndirilən şəxslərin belə bir addım ata biləcəyini düşünür. Çıxış yolunu isə mətbuat azadlığını boğan mürtəce qanunların qəbulunda görür.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button