KİV(K)DF 1.223.000 manatı necə bölüşdürdü-TÖVSİYƏ

Bir neçə gün bundan əvvəl Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda qərara alınıb ki, bir neçə ildir ki, Fonddan bəslənən və demək olar ki, satışı olmayan, ən azı 90 faiz qayıdışı olan qəzetlərə – 33 qəzetə (2-3 qəzet istisna olmaqla-Red.) yenə pul verilsin. Bu dəfə KİVDF 1.223.000 manatı öz arşınına görə bölüşdürüb. Yenə bəzi oliqarxlara aid olan qəzetlər Vüqar Səfərlinin başçılıq etdiyi arpalıqdan paylarını alıblar. Amma burada bir əmma olub. İcraçı direktor ilin birinci yarısında Fonddan maliyyə yardımı almış 33 qəzetdən əlavə, daha 3 mətbuat orqanının – “Zaman Azərbaycan”, “Bütöv Azərbaycan” və “Bükmeker” qəzetlərinin də müsabiqəyə layihə təklifləri təqdim etdiklərini bildirib.

V.Səfərli həmçinin qeyd edib ki, Fondun mütəxəssislərinin müvafiq araşdırmaları zamanı “Zaman Azərbaycan”, “Bütöv Azərbaycan” və “Bukmeker” qəzetlərinin təqdim etdikləri sənədlərin müsabiqənin şərtlərinə cavab vermədiyi aşkar olunub.

Müzakirələr zamanı Şura üzvləri sənədləri müsabiqənin elan edilmiş şərtlərinə və qaydalarına cavab verməyən “Zaman Azərbaycan”, “Bütöv Azərbaycan” və “Bükmeker” qəzetlərinə maliyyə yardımının ayrılmasını məqsədəuyğun saymayıblar.

Müzakirələrin sonunda digər 33 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2016-ci ilin II yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.

Beləliklə, 2016-ci ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı budur:

Qəzetin Adı

Ayrılmış məbləğ

1.

“Kaspi” qəzeti

60 000

2.

“Yeni Azərbaycan” qəzeti

60 000

3.

“Səs” qəzeti

60 000

4.

“Mövqe” qəzeti

60 000

5.

“Ədalət” qəzeti

60 000

6.

“525-ci qəzet”

60 000

7.

“Bakı-Xəbər” qəzeti

60 000

8.

“Yeni Müsavat” qəzeti

60 000

9.

“Kaspiy” qəzeti

60 000

10.

“Ekspress” qəzeti

60 000

11.

“Palitra” qəzeti

60 000

12.

“Paralel” qəzeti

40 000

13.

“Həftə içi” qəzeti

40 000

14.

“Azad Azərbaycan” qəzeti

40 000

15.

“Şərq” qəzeti

40 000

16.

“Xalq Cəbhəsi” qəzeti

40 000

17.

“Futbol+Qol” qəzeti

40 000

18.

“Bizim Yol” qəzeti

40 000

19.

“Olaylar” qəzeti

40 000

20.

“Novoye Vremya” qəzeti

30 000

21.

“Futbol+” qəzeti

30 000

22.

“Üç Nöqtə” qəzeti

30 000

23.

“Azernews” qəzeti

30 000

24.

“Unikal” qəzeti

20 000

25.

“Olimpiya Dünyası” qəzeti

20 000

26.

“Oxu məni” qəzeti

20 000

27.

“Reytinq” qəzeti

9 000

28.

“Təhsil Problemləri” qəzeti

9 000

29.

“The Business Times” qəzeti

9 000

30.

“Hərbi And” qəzeti

9 000

31.

“Türküstan” qəzeti

9 000

32.

“İqtisadiyyat” qəzeti

9 000

33.

“Hürriyyət” qəzeti

9000

CƏMİ

33 Redaksiya

1.223.000

“Zaman Azərbaycan”, “Bütöv Azərbaycan” və “Bukmeker” qəzetlərinin ricalarına gəlincə, qardaş qardaşa deməz, amma biz qardaşlarından onlara bir tövsiyə var. “Gözü çıxan qardaş” misali. Siz siz olun, KİVDF-dən haqqınız olan maliyyə dəstəyi almaq üçün dirəşməyin. Birincisi, keçə bilirsinizsə, Vüqar Səfərlinin bığının altından keçin. Keçə bilmirsinizsə, araya adam salın, alacağınızın bir hissəsini qaytaracağınıza KİVDF-ni inandırın. Bunlar mümkün deyilsə, gözünüzü yığın və oturun yerinizdə. İsrar da edə bilərsiniz. O halda qəzetlərinizin bağlanacağına, özünüzün isə qurama ittihamlarla həbs olunacağınıza razılığınızı bəri başdan verin və özünüzü uzun illik məcburi istirahətə – türməyə hazırlayın.

Siz siz olun, KİVDF-nin puluna göz dikməyin. O pul sizin üçün deyil. Bizdən deməsi. Sonra demədi deməyin…

Məşədi Kivdefe

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button