Kiyev İran dronlarında Qərb istehsal olan çoxsayılı detallar üzə çıxardığını bildirir

Kiyev Ukraynanın vurulmasında Rusiyanın istifadə etdiyi İranın “Şahed” pilotsuz aparatlarında Qərb ölkələrində istehsal olunan çoxsaylı detalları üzə çıxardığını bildirir. Bunu yerli televiziyaya müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksiy Danilov deyib.

Onun sözlərinə görə, həmin detallar Ukraynaya hərbi-texniki dəstək verən Qərb ölkələrinə məxsusdur.

Danilova görə, beynəlxalq sanksiyalara məruz qalan İrana bu kimi detalların çatdırılmasının çoxsaylı suallar yaradır. Amma digər tərəfdən də o etiraf edir ki, bu detallar İrana Rusiyanın Ukraynaya təcavüzündən əvvəl də verilə bilərdi.

Beləki Ukraynanın vurulmasında istifadə edilən dronların əhəmiyyətli bir hissəsinin 2019-2021-ci illərdə istehsal edildiyi bildirilir.

Hələ mart ayının sonlarında “Azadlıq” radiosunun Ukrayna xidməti hərbi ekspertlərin vurulmuş “Şahed” dronunun detallarını təhlli edən görüntülərini verib.

Həmin videoda ekspertlər Kanadada istehsal olunmuş detalların olmasına diqqət çəkirlər.

İranın Rusiyaya göndərdiyi dronları modifikasiya etməsi ilə bağlı ehtimallar da səslənməkdədir.

Britaniyanın münaqişə silahlarını araşdıran Conflict Armament Research (CAR) analitik şirkətinin bir müddət əvvəlki hesabatında deyilir ki, bundan məqsəd dronların Ukraynanın infrastruktur obyektlərinə daha dağıdıcı zərbələr endirməsini təmin etməkdir.

Həmin hesabata görə, ötən ilin oktyabrında Odessa yaxınlığında tapılmış “Şahed 131” dronunun qırıntılarından onun zərbə hissəsinin “tələm-tələsik modifikasiya” edildiyi məlum olub.

Aydın olub ki, zərbələrin daha ölümcül olması üçün “modifikasiya” zamanı dronların döyüş başlığına çoxsaylı əlavə metal qırıntıları doldurublar.

Bundan başqa ekspertlər onu da üzə çıxarıblar ki, “Şahed”dronlarının döyüş başlığına əlavə olaraq daha 18 kiçik partladıcı da əlavə edilib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button