Klinton: “İŞİD-i məhv etmək üçün unikal planım var”
Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton İŞİD-i məhv etmək üçün unikal planının olduğunu deyib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Klinton bildirib ki, prezidentliyə namizədlər arasında yalnız onun bu istiqamətdə konkret planı var:
«Digər namizədlər yalnız mühakimə etməklə kifayətlənirlər. Mənimsə bu terror təşkilatını yox etmək üçün konkret planım var. Ağ Evdə olmuşam. Və ABŞ-ın təhlükəsizliyini təmin etmək üçün nələr etmək lazım olduğunu bilirəm».
Planın detallarını açıqlamayan Klinton bunun quru əməliyyatları olmadığını diqqətə çatdırıb: «Onlar da elə bunu gözləyirlər ki, ABŞ ordusu quru əməliyyatlarında iştirak etsin. Belə bir varianta əl atmaq ağılsızlıq olar».