Rubrikalar: DÜNYA XuralTAC

Köçəryanın oğlu atasının milyardlarından danışdı

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın kiçik oğlu Levon Köçəryan atasına qarşı ədalətli məhkəmə araşdırması aparılacağına ümid edir.

Virtualaz.org “Sputnik Ermənistan”a istinadən bildirir ki, o bunu məhkəmənin iclas salonunda jurnalistlərə verdiyi açıqlamada deyib.

“Mən atamla razıyam və ona qarşı irəli sürülən ittihamların əsassızlığında təkid edirəm. İttiham – bu, konkret şəxsi qisasdır. Atamın dediyini vəkillər də deyirlər. Və bir çox faktlar var, hansılar ki, bizim haqlı olduğumuzu sübut edir”, – deyə L.Köçəryan bildirib.

Kiçik Köçəryan dediklərinin əyani sübutu kimi Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanla Xüsusi İstintaq Təşkilatının rəhbəri Sasun Xaçatryan arasında telefon danışığını göstərib. Vanetsyan həmin danışığın gedişatında bildirir ki, hakimə deyib: “İstəyirsən-istəmirsən, amma həbsə məhkum etməlisən”.

Köçəryan ailəsində bu qədər sərvətin haradan olması barədə suala cavabında Levon bildirib ki, onların adına astronomik məbləğlər yazırlar. Onun sözlərinə görə, bu, gülünc səslənir.

“Onlar 4 milyard dollardan bəhs edirlər, bu rəqəmin nə olduğunu başa düşürsünüzmü? Elə bilirsiniz, bu qədər pulu gizli saxlamaq asandır? Atama qarşı təxminən bir ildir cinayət işi başlanıb. Xəbəriniz var ki, ilişmək üçün necə ciddi yoxlamalar aparırlar? Amma heç nə tapmırlar. Yalnız Silva Ambartsumyanın ifadəsi var, ancaq hətta məhkəmə də onun arqumentləri ilə razı deyil”, – deyə keçmiş prezidentin oğlu əlavə edib.

Yerevanın mərkəzindəki “Konqres” mehmanxanasının alınmasına gəlincə, o, bunu 2008-ci ildən başlayaraq bizneslə məşğul olması ilə izah edib. Üstəlik onu da bildirib ki, böyük qardaşı ondan da əvvəl sahibkarlıqla məşğul olub.

“O, özünü milyonçu hesab edirmi”, sualına kiçik Köçəryan müsbət cavab verib, amma əlavə edib ki, “bütün aktivləri birlikdə nəzərə almaqla”.

Paylaş:

This post was last modified on 14 May 2019 4:41 axşam

Share

Son Əlavələr

Ağstafada qətl: 4 nəfər öldürülüb, 3 nəfər yaralanıb

Hadisənin qisas zəminində baş verdiyi güman edilir İyunun 17-də səhər saat 8 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd…

18 İyun 2019 3:20 səhər

Elçibəyin kürəkəni Birinci vitse-prezidentə təşəkkür etdi

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli Türkiyədə dünyasını dəyişən qayınanası Həlimə Əliyevanın müalicə dövründə və yas mərasimində əməyi…

18 İyun 2019 2:10 səhər

6 il edam hökmü altında yaşayan eks-prezidentin sonu – Murisirin ölüm səbəbləri

Misirin keçmiş prezidenti Məhəmməd Mursi iyunun 17-də dünyasını dəyişib. Misir rəsmi dövlət televiziyasının məlumatıan görə eks-prezidenti Məhəmməd Mursi casusluq ittihamı…

18 İyun 2019 1:56 səhər

Pənah Hüseyn Sürət Hüseynova od püskürdü: “…Qələt eləyir, başını daşa döyür”

Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının rəhbəri Pənah Hüseyn sosial şəbəkə vasitəsilə mediaya müraciət edib. Xural.com musavat.com-a istinadən xəbər verir…

17 İyun 2019 1:38 səhər

Səadət Cahangir şeirlərindən: “Yolçu yalnızlığım yetər səni xatırlamağa…”

Səadət Cahangir Şairə   Bu qəfil başlayan yağmur, fəsil dəyişmiş hava, bu qatar pəncərəsindən boylanan yolçu yalnızlığım yetər səni xatırlamağa...…

16 İyun 2019 2:10 axşam

Sabah hava necə olacaq?-Proqnoz

Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Xural.com ETSN-ə istinadla xəbər verir…

16 İyun 2019 2:06 axşam
Xural.COM