Rubrikalar: DÜNYA XuralTAC

Koçaryan həbsdən buraxıldı

Yerevanın birinci instansiya məhkəməsi şənbə günü Ermənistanın ikinci prezidenti Robert Koçaryanı həbsdən azad edib.

Bu barədə “Sputnik Armenia”ya istinadən məlumat verilib.

Müvafiq qərar hakim David Qriqoryan tərəfindən iclas zamanı oxunub.

Qeyd edək ki, mayın 13-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi general Yuri Xaçaturov və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyanın məhkəməsi başlayıb.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd – Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq, martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. Ovaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.

Adları yuxarıda qeyd edilənlər konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə mühakimə olunacaqlar.

Report

Paylaş:

Share

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

“Relax” qalmaqalı Rövnəqə uzanır

Lerikdə “Relax” istirahət mərkəzində böyük skandal baş verib. Belə ki, istirahət mərkəzində yoxlama aparmaq istəyən vergi əməkdaşları deputat İqbal Məmmdovun…

20 Avqust 2019 4:00 axşam
  • GÜNDƏM
  • XuralTAC

Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb

Bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin…

20 Avqust 2019 3:55 axşam
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Deputat İqbal Məmmədovun harın oğlu həbs edildi-VİDEO

Deputatın oğlu vergi işçilərini döyüb, həbs edildi *** İstirahət mərkəzi ilə bağlı vergidən yayınma şübhələri var Vergilər, Daxili İşlər nazirlikləri…

20 Avqust 2019 1:44 axşam
  • SİYASƏT
  • XuralTAC

Rəhim Qazıyev Prezident Aparatını bombaladacağı ilə bağlı iddialara cavab verdi

Keçmiş müdafiə naziri: “Vəzifədə qalsaydım, Əbülfəz bəyi devirməkdən ötrü mənim meyitim üstündən keçərdilər”; İxtiyar Şirin: “Prezident təyyarəsinə atəş açmaq Surət…

20 Avqust 2019 1:34 axşam
  • GÜNDƏM
  • KÖŞƏ YAZARLARI
  • XuralTAC

Orxan Adıgözəl yazır: “Cəsarətli olmaq haqqında”

“Cəsarətini itirən hər şeyini itirər.” Volfanq Göte    Məncə cəsarət hissi üçün deyiləcək ən sadə tərif bu olardı ki, sən…

20 Avqust 2019 1:11 axşam
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Ayrılıq dəmi… – Selcana məktub

Əvəz Zeynallı   “Səhərdən mənim ailəmdə heç bir şey əskisi kimi olmayacaq”. Təbii ki, adamlar hər şeyə müqtədirdirlər, amma mən…

20 Avqust 2019 4:10 səhər
Xural.COM