Kölgəli portret – İlham Rəhimov

İlham Rəhimov

I yazı

 İlham Rəhimov Azərbaycanda çox sıx hüquqşünas dairəsində yaxşı imkanları olan, “yaxşı oğlan” rolunda çıxış edə bilən, o qədər də yaxşı olmayan hüquqşünas kimi tanınıb. Hətta o qədər yaxşı olmayan hüquqşünas təsiri bağışlayıb ki, hüququ bizneslə əvəzləməli olub. Yenidən təmtəraqlı hüquqşünas paltarı geyinmək üçün bunu bacara da bildi. Artıq imkanları lazımi şəkildə olan Rəhimov nəinki Azərbaycanda, hətta başqa yerlərdə də hüquqşünas kimi qəbul olundu. Həm də ona görə qəbul olundu ki, sən demə, Rusiyanın baş naziri Vladimir Putinin tələbə yoldaşı imiş. Putinin tələbə yoldaşı olmaq isə o deməkdir ki, eyni vaxtda hüquqşünas da olmaq olar, kosmonavt da. Yəqin ki, bu qədər giriş kifayət edir.

 İlham Rəhimovun ictimailəşməsi

 İlham Rəhimovu artıq tək hüquqşünaslar yox, qul bazarında işləyənlər də tanıyır. Çünki o, dünyaya meydan oxuyan, Rusiyada korrupsiya və rüşvətin simvoluna çevrilən Putinin dostudur və ildə bir dəfə onunla yemək də yeyə bilir. Ən azı bir dəfə. İlham Rəhimov isə hər zaman müsahibələrində bu mövzuda danışmaq istəmədiyini bildirir, amma az qala Putinlə tələbəlikdə konservanı necə yediklərini də danışır. Çünki o, Putinin təsirini və ondan necə bəhrələnməyin yolunu mükəmməl bilir.

İlham Rəhimov beləcə, Putinin dostu kimi Azərbaycan cəmiyyətinin də dostuna çevrilməyə başladı. Qarşısında heç bir sədd görməyən İlham Rəhimov Ədalət Partiyasının üzvü oldu və ötənlərdə parlament seçkilərində iştirak etmək qərarını çıxardı. Amma mövcud hakimiyyət Kremllə birbaşa ünsiyyət yarada bilirdi və bu səbəbdən Kremlə başqa bir xəttin də çıxmasını məqbul hesab etmədi. Rəsmi Bakının bu addımına Putin də təsir göstərə bilmədi, bəlkə də bu, heç Putinə lazım da deyildi. Çünki tələbə yoldaşı olaraq ona Moskvada bizneslə məşğul olmaq üçün lazımi imkanlar yaradılmışdı. İlham Rəhimov isə bu uğursuzluqdan sonra geri çəkildi. Hətta onun küsərək ölkədən bir dəfəlik getdiyi də söylənildi. Bir müddətlik sükutdan sonra İlham Rəhimovun adı yenidən gündəmi zəbt etdi. Aydın oldu ki, o, Ədalət Partiyasnın sədri olmaq üçün hərəkətə keçib və partiyanın hazırkı sədri və millət vəkili İlyas İsmayılov tərəfindən küncə sıxışdırılıb. Nəticədə İlyas İsmayılovun oğlu Etimad İsmayılov həbs edildi. İlham Rəhimov bu həbsdən kənarda olduğunu nə qədər bildirsə də, siyasi kuluarlarda artıq bununla bağlı konkret fikirlər səsləndirilir və İlham Rəhimov əsas hədəf kimi göstərilirdi. Bununla İlham Rəhimov bir az da ictimailəşdi. Amma bu dəfə uğurlu, perspektivli hüquqşünas və ya siyasətçi kimi yox, kimisə həbsə atdıran insan kimi. Bu İlham Rəhimovun çöküşü idi.

 İlham Rəhimovun cəhdləri

 İlham Rəhimov bu cür sınmalardan sonra uzun müddət oyundan kənar vəziyyətdə qaldı. Bu, o zaman idi ki, Azərbaycan rəhbərliyi ilə Rusiyanın artıq baş naziri olan Vladimir Putin arasında ciddi problemlər yaşanırdı və Putinin tələbi Azərbaycan tərəfindən rədd edilmişdi. Xatırladaq ki, Gürcüstan enerji blokadasına salınmışdı və şəxsən Rusiyanın baş naziri Vladimir Putin Azərbaycan rəhbərliyindən Gürcüstana dəstək olmamağı istəmişdi. Azərbaycan isə bu xahişi qəbul etmədi və Gürcüstana lazımi dəstəyi verdi. Beləcə, Vladimir Putinlə Azərbaycan rəhbərliyinin münasibətləri gərginləşəndən sonra İlham Rəhimov nəinki siyasi çıxışlar etdi, hətta Azərbaycana gəlişini də azaltdı. O zamana qədər ki, Vladimir Putin yenidən Rusiyada çəkisini ortaya qoydu və bir neçə ay öncədən artıq onun yenidən prezident seçiləcəyinə şübhə yeri qalmadı. Bu ərəfədə İlham Rəhimovun müsahibələri yenidən yayımlanmağa başladı. Yəqin ki, İlham Rəhimovun açıqlamalarına diqqət yetirməklə onun siyasi yanaşmasını da müəyyənləşdirmək olar.

 İlham Rəhimov islahatçı rolunda

 İlham Rəhimovun son altı ay ərzindəki müsahibələrindən diqqəti cəlb edəni onun Azərbaycanda hüquqi islahatlar həyata keçirməklə bağlı verdiyi təkliflər oldu. Təkliflərdə hüquqşünas bildirir ki, Azərbaycan bu sahədə uğur qazanmaq istəyirsə, mütləq Rusiya modelinə üstünlük verməlidir. Hətta bəzi misallar çəkməklə Rusiyada hüquq sahədəsindəki uğurlardan danışır. Halbuki bu gün bütün dünya Rusiyada hüquqi islahatların bərbad durumda olduğunu bəyanlayır.

İlham Rəhimovun ikinci maraqlı açıqlaması, Rusiya-Azərbaycan münasibətləri ilə bağlıdır. İlham Rəhimov hesab edir ki, Azərbaycan istənilən halda Rusiya ilə münasibətləri daha da dərinləşdirməlidir. Çünki tarix boyu bir yerdə yaşamışıq və bu, imkan verir ki, Rusiya ilə əlaqələri dərinləşdirməklə daha xoş bir cəmiyyət qura bilək. Nəhayət, son açıqlamasında Vladimir Putin haqqında danışaraq onun Rusiyada alternativsiz bir siyasətçi olduğunu söyləyir və bildirir ki, Vladimir Putin Rusiyanın inkişafına çalışan bir siyasətçidir.

Bütün bu açıqlamalardan gördüyümüz kimi İlham Rəhimov bir tərəfdən Rusiyanın nə qədər güclü olması rəyini ortaya qoyur, digər tərəfdən isə hansısa səbəbdən Azərbaycanda Vladimir Putinin təbliğat işləri ilə məşğul olur. Səbəbləri anlamaq üçün isə Rəhimov planı haqqında düşünməyə dəyər.

 İlham Rəhimov sosial baza axtarışında

“Xural” qəzeti,

il 9, sayı: 058 (467), 12 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button