Komitə işçilərinin sayını iki dəfə artırdı

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) struktur islahatları və kadr dəyişiklikləri həyata keçirilib.
 
Editor.az xəbər verir ki, Dövlət Komitəsi işçilərinin sayı iki dəfəyədək artırılıb. Komitədə iki yeni şöbə yaradılıb. Bunlardan biri Dini marifləndirmə, digəri isə İctimaiyyətlə əlaqələr və informasiya şöbəsidir. Bundan başqa, Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin səlahiyyətləri qismən azaldılıb və şöbənin adı da dəyişdirilib.
Bundan sonra Komitənin həmin bölməsi Dinşünaslıq ekspertizası şöbəsi adlandırılacaq.
Komitə sədri Mübariz Qurbanlının köməkçisi Amil Cavadov Komitədə yeni yaradılan İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinə rəhbərlik edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button