Konstitusiya Məhkəməsi “Nikahın pozulmasının qeydə alınması qaydaları”nı müəyyən e

Konstitusiya Məhkəməsi19.07.2013

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclasda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2.3-cü maddəsinin və 182-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2.3-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verən 60-cı maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
Nikahın pozulmasının qeydə alınması qaydalarını müəyyən edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 182.1-ci maddəsinin “yaxud da arvadın (ərin) azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunduğu barədə hökmdən çıxarışı” müddəası, həmin Məcəllənin 182.2-ci maddəsinin “azadlıqdan məhrumetmə növündə cəza çəkən ərə (arvada) və ya” müddəası və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” 31 oktyabr 2003-cü il tarixli, 145 saylı Qərarının 5.11.2-ci maddəsinin “azadlıqdan məhrumetmə növündə cəza çəkən ərə (arvada) və ya” müddəası qüvvədən düşmüş hesab edilsin.

Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button