Kontekstli qətl

081100125777Azərbaycanda növbəti jurnalist qətli baş verib. Fəaliyyəti dayandırılmış Reportyorların Azadlığı və Təhlükəsizliyi institutu Rəyasət Heyətinin üzvü, reportyor Rasim Əliyev “Qəbələ” futbol klubunun aparıcı oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldükdən sonra avqustun 9-da vəfat edib.   

Jurnalist futbol oyunları  zamanı kipr-yunanlarının ləyaqət hissini iki dəfə təhqir edən, beləliklə futbol meydanında təmsil etdiyi ölkənin adını ləkələyən futbolçunun idmandan kənar davranışını tənqid etdiyinə görə cəzalandırıldı. Amma C.Hüseynovun bu davranışı siyasi dairələrdə və “Qəbələ” klubunda nəzərə çarpmadı.

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun jurnalistin ölümünü siyasiləşdirməmək çağırışlarına baxmayaraq siyasi rəhbərliyin faciəyə diqqəti artıq qətlin siyasi çalarlı olmasından xəbər verir.

Dövlət başçısı İlham Əliyev jurnalistin döyülməsində iştitrak edən şəxslərin ən sərt şəkildə cəzlandırılacaqları barədə vəd verməklə, həm də hakimiyyətin Azərbaycanda söz və ifadə azadlığını qoruduğunu nümayiş etdirdi. Amma Elmar Hüseynovun,  Rafiq Tağının qətlinin üstünün açılmaması, jurnalistlərə və habelə onların qohumlarına qarşı məhkəmə təqibləri və fiziki zorakılıqlar göstərir ki, söz azadlığını qorumaq haqda bəyanatlar deklarativ xarakterlidir. Hakimiyyət mövcud duruma narazılıqlarını bildirən 13 jurnalist və bloqeri həbsdə saxlayır, eyni zamanda öz nəzarətində olan KİV-lərin təmsilçilərinə nümayişkaranə şəkildə görünməmiş güzəşt və üstünlüklər təqdim edir. Söz azadlığı görünməmiş dərəcədə hücum və təqiblərə məruz qalır, qorxu həddi isə jurnalısitlər arasında görünməmiş miqyasa çatıb.

Rasim Əliyevin qətlinə beynəlxalq və yerli təşkilatların reaksiyaları problem və onun səbəblərinin Azərbaycanda müstəqil səslərə qarşı elan edilməmiş müharibədə olduğunu başa düşməkdə birlik  olduğunu nümayiş etdirir. Jurnalistin ölümü demokratik ictimaiyyətin  yanaşma və baxışlarını cəmləşdirdi. Hakimiyyətin Azərbaycanda KİV-lərə və vətəndaş cəmiyyətinə davamlı təzyiqləri jurnlist və vətəndaş fəallarına qarşı təxribatçı zorakılığın əsas amili adlandırılır.

“Bu faciəvi hadisə hakimiyyətə və bütün cəmiyyətə sonuncu xəbərdarlıq olmalıdır ki, artıq belə davam edə bilməz. Hamı yenidən səy etməlidir ki, bütün zəruri olanları etməlidir ki, daxili dialoq və cəmiyyətlə hakimiyyət arasında etibar bərpa olunsun”-deyə Avropa Şurasının Baş katibi Turbern Yaqland bildirib.

Azərbaycan prezidentinin günahkarların cəzalandırılmasının zəruri olması haqda bəyanatından gözləmək olar ki, Rasimin qatilləri məhkəmə önündə duracaqlar. Amma azadfikirliliyi  boğmaq siyasətinin dəyişməsi az inandırıcıdır. Hakimiyyət guya internet istifadəçilərini “Qəbələ” futbol klubunun fanatları kimi şəxslərdən qorumaq üçün artıq Google, Facebook və Twitter tipli sosial internet resurslar üzərində nəzarətin zəruriliyindən ciddi şəkildə danışır. Amma Troya atı kimi təklif edilən “ictimai maraqların və təhlükəsizliyin müdafiəsi” adı altında düşüncələr üzərində nəzarət qurulması və sosial istifadəçlilər arasına güclü daxili özünüsenzura tətbiq etmək arzusu gizlənir. Bu metod diffamasiya haqqında qanundan imtina edilməklə ənənəvi KİV-lər üzərində sınaqdan keçirilib. Nəticə də göz önündədir, belə ki, Azərbaycan tənqidi mövqeli müstəqil KİV və jurnalist səslərindən təmizlənib. Rasim Əliyevin faciəsi ətrafında ehtiraslar səngiyəndən sonra isə yaxın perspektivdə hakimiyyət eyni davranışı həyata keçirməyə səy edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button