Koronavirusa yoluxmuş deputat: “Özümü qorumağa çalışsam da…”

Koronavirusa yoluxmuş Milli Məclisin deputatı Sahib Alıyev bununla bağlı facebook-da status yazıb.

Xural.com-un musavat.com-a istinadən verdiyi xəbərə görə, o, özünü virusdan qorumağa çalışdığını qeyd edib:

“Əziz dostlar, mən burada heç vaxt özümlə və doğmalarımla bağlı nə bəd xəbər, nə də xoş xəbər paylaşmamışam. Haradasa duyğu istismarı və göstəri elementləri gördüyüm üçün bunu etməmişəm. Amma indi elə bir müstəsna vəziyyətdir ki, Milli Məclisin deputatı olaraq bu xəbəri sizinlə bölüşməyə bilmirəm. Nə qədər özümü qorumağa çalışsam da, çox təəssüf ki, mən də koronavirusa (COVİD-19) yoluxdum. Sizin hər birinizə sağlıq arzulayıram və ümid edirəm ki, insanların daha çox getmək məcburiyyətində qaldıqları obyektlərdəki vəzifəli şəxslər virusun bu dərəcədə geniş yayılmasının qarşısını almaq üçün nəhəyət gərəkənləri edəcəklər.

Bir daha hər kəsə can sağlığı arzulayıram, Allah amanında!”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button