Koronavirusa yoluxub-sağalan Fatih Terim evə buraxıldı

Koronavirusa yoluxan “Qalatasaray”ın baş məşqçisi Fatih Terimdən xəbər var.

Xural.com musavat.com-a istinadən xəbər verir ki, baş məşqçi artıq evə buraxılıb.

Xəstəxanadan verilən məlumatda bildirilib ki, Terim bir çox müayinədən keçib və sağalmağa başladığı üçün evə buraxılıb. O, 14 gün evində karantində qalacaq, səhhəti yenidən pisləşərsə, xəstəxanaya yerləşdiləcək.

Qeyd edək ki, baş məşqçi virusa yoluxduğunu sosial şəbəkədə açıqlamışdı:

“Xəstəxanada etibarlı əllərdəyəm. Narahat olmayın. Ən qısa müddətdə xəbərləşmək ümidi ilə”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button