Rubrikalar: GÜNDƏM XuralTAC

Koronavirusla bağlı yalan məlumat yayan Gəncə sakini həbs olundu

“WhatsApp” sosial şəbəkəsində koronavirusla bağlı səs yazısı yayan qadın saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan virtualaz.org-a verilən məlumata görə, “WhatsApp” sosial şəbəkə istifadəçisi olan bir qadın həmin şəbəkə vasitəsilə “Koronavirus” pandemiyası ilə əlaqədar guya Şəmkir rayonu ərazisində vəziyyətin ağır olduğunu, Gürcüstan Respublikasının Marneuli rayonundan Azərbaycana gələn bir ailənin yeddi üzvünün virusa yoluxması və həmin şəxslərin digər vətəndaşlara da virus yoluxdurması barədə heç bir dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar yayıb.

Sözü gedən səs yazısı ilə əlaqədar Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar başlanılıb. Həyata keçirilən müvafiq tədbirlərlə həmin qadının Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Elmira Məmməd qızı Məmmədova olması müəyyən edilib və o, aidiyyəti üzrə Rayon Polis Şöbəsinə dəvət olunub.

Aparılmış araşdırmalarla E.Məmmədovanın hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 388.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsində nəzərdə tutulmuş xətanın əlamətləri müəyyən edildiyindən, əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmə tərəfindən həmin qadın barəsində həbs qətiimkan tədbiri seçilib.

Paylaş:

Son Əlavələr

  • CƏMİYYƏT
  • GÜNDƏM
  • XuralTAC

“WhatsApp”da yeni funksiya yaradıldı-Yenilik

“WhatsApp”a göndərilmiş mesajların həqiqiliyini yoxlamaq üçün funksiya əlavə edilib. “RİA Novosti” xəbər verir ki, bu yenilik qrup çatları və dəfələrlə…

11 Avqust 2020
  • DÜNYA
  • GÜNDƏM
  • XuralTAC

Livan hökuməti istefa verib

Livan hökuməti istefa verib. BAKU.WS-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin iclasından sonra Səhiyyə naziri açıqlama verib. Qeyd edək ki,…

11 Avqust 2020
  • GÜNDƏM
  • KÖŞƏ YAZARLARI
  • XuralTAC

“Batka” bir ssenari qurdu, hər şeyi tərsinə çevirdi: Kreml “oyun şərtləri” ilə barışmaq zorunda!

Belarus prezidenti Aleksandr Lukaşenko həm ABŞ və Qərblə, həm də Rusiya ilə geniş manevr imkanları qazanmış kimi görünür... Postsovet məkanında…

10 Avqust 2020
  • GÜNDƏM
  • MANŞET
  • MÜSAHİB
  • QAYNAR QAZAN
  • XuralTAC

Cahit Kılıçdan ilginc açıqlamalar: “Əli Kərimli həbs edilə bilər”-VİDEO

Xural.com Türkiyəli yazıçı-jurnalist Cahit Kılıçın Xural TV-yə müsahibəsini təqdim edir:   https://www.youtube.com/watch?v=q48EIFCw0Lg   Xural.com

10 Avqust 2020
  • GÜNDƏM
  • KRİMİNAL
  • XuralTAC

AzTV-nin xanım əməkdaşını şantaj edən şəxs həbs edilib

Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşını şantaj edən şəxs həbs edilib. APA-nın məlumatına görə, AzTV-nin xanım əməkdaşı A.S. ilə (ad və…

10 Avqust 2020
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Çin-İran sazişi: Trampın təzyiq siyasəti Tehranı Pekinin ağuşuna atıb

Aləm Saleh, Zəkiyyə Yazdanşenas “Foreign Policy”, 09.06.2020   Bu yaxınlarda sızdırılan sənəd Çin və İranın ticarət, siyasət, mədəniyyət və təhlükəsizlik…

10 Avqust 2020
Xural.COM