Koronavirusun Bakıda və rayonlarda yayılma coğrafiyası açıqlandı

Azərbaycanda koronavirusun yayılma coğrafiyası ilk dəfə açıqlanıb.

Xural.com xəbər verir ki, bu məlumatlar koronainfo.az saytında yerləşdirilib. İndiyədək Operativ Qərargah ancaq yoluxma hallarının sayına dair məlumatları açıqlayırdı, virusun hansı ərazidə neçə nəfərdə qeydə alındığı barədə məlumatlar isə qapalı idi.

İndi isə məlum olur ki,  infeksiya daşıyıcılarının 149 nəfəri (40,2%) Bakı şəhərindədir.

Bildirilib ki, onların əksəriyyəti paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23) və Nərimanov (19) rayonlarındandır.

Koronavirus paytaxtın Xətai (13), Səbail (10), Qaradağ (9), Sabunçu (7), Suraxanı (5), Xəzər (3), Pirallahı (2) və Nizami (2) rayonlarında da qeydə alınıb. Eyni zamanda Bakıda daha 6 yoluxma faktı var. Ancaq onların qeydiyyatı qeyri-müəyyəndir.  Bundan başqa, Sumqayıt şəhərində 7, Abşeron rayonunda isə 11 koronavirusa yoluxma halı qeydə alınıb.

Regionlarda isə virus daşıyıcıları ən çox Lənkəran (18 nəfər), Cəlilabad (15) və Salyandadır (12).  Bundan başqa, Qusar (9), Tovuz (5), Neftçala (4), Astara (3), Naftalan (3), Daşkəsən (3), Füzuli (3), Xaçmaz (3), Zaqatala (3), Ucar (3), Ağdam (2), Ağdaş (2), Quba (2), Masallı (1), Siyəsən (1), Xızı (1), Qəbələ (1), Tərtər (1), Qax (1), Qazax (1) və Biləsuvarda (1) koronavirusa yoluxma halı qeydə alınıb.

Eyni zamanda infeksiya daşıyıcılarının 98 (26,4%) nəfəri ölkə xaricindən gələnlərdir.

Qeyd edək ki, indiyədək Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button