Koronavirusun daha təhlükəli variantlarının qarşısını almaq üçün peyvəndlənmə işi sürətləndirilməlidir

“Koronavirusun daha təhlükəli variantlarının qarşısını almaq üçün peyvəndlənmə işi sürətləndirilməli, habelə pandemiya tam başa çatanadək maska taxmaq və digər təhlükəsizlik qaydalarına əməl edilməlidir”.

“Report” xəbər verir ki, bu barədə Avstriya, İsveçrə, İspaniyadan olan tədqiqatçılar qrupunun “Scientific Reports”da dərc edilən araşdırmasında qeyd olunub. Bildirilir ki, SARS-CoV-2 virusunun 3 il ərzində inkişaf etməsini əks etdirən model tərtib olunub.

Tədqiqatın nəticəsinə görə, peyvənlənmənin sürətli tətbiqi dayanıqlı ştamların ortaya çıxma ehtimalını azaldır.

Bununla yanaşı o da qeyd olunur ki, peyvənd olunduqda belə, maska taxmaq, sosial məsafə saxlamaq kimi qaydalara qarşı səhlənkarlıq etmək olmaz, çünki bu zaman digər ştamların ortaya çıxması ehtimalı xeyli artır.

O da qeyd olunub ki, məhdudiyyətlərə pandemiya tam başa çatanadək ciddi əməl olunmalıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button