Koronovirus hər gün onlarla adam öldürür, minlərlə adamı yoluxdurur

Çində koronavirus epidemiyasından ölənlərin sayı ötən sutka ərzində artıb. Virusun səbəb olduğu yeni tip pnevmaniyadan ölənlərin sayı 259 nəfərə, virusa yoluxanların sayı isə 11,1 min nəfərə çatıb. Beləliklə, virus hər gün orta hesabla onlarla adamı öldürür, minlərlə adamı yoluxdurur. Mütəxəssislər epidemiyanın yayılma sürətinin fevral ayında daha da artacağını, yoluxanların sayının milyonu keçəcəyini proqnozlaşdırırlar. Ölüm və yoluxma halları daha çox epidemiyanın episentri olan və ətraf aləmdən təcrid edilmiş Vuhan şəhərində baş verir.

Çindən başqa virus daha 20-yə yaxın ölkəyə keçib. Ötən gün ərzində daha iki ölkədə – İsveçdə və İspaniyada virusa ilk yoluxma halları qeydə alınıb. İsveçin İctimai Səhiyyə Agentliyinin məlumatına əsasən, yoluxma faktı Yençepinqedə, Rıhov dairəsi xəstəxanasında təsdiqlənib. Virusa yoluxan qadındır, o, yanvarın 24-də Çinin Vuhan şəhərindən səfərdən qayıdıb. İspaniyada isə virus almaniyalı turistdə aşkarlanıb. O və təmasda olduğu digər turistlər karantinə yerləşdirilib.

Xatırladaq ki, bundan əvvəl virus qonşu Rusiyada qeydə alınmışdı. Bu ölkədə ölkələrindən bir neçə gün əvvəl dönən iki Çin vətəndaşının virusa yoluxduğu təsdiqlənib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button