Korrupsiyaya qarşı Mübarizə İdarəsi “Xural”ın qeydiyyat sənədini qaytarmayıb

Bu haqda strateq.az-a “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı məlum olub. Onun sözlərinə görə, bu günlərdə qəzetin qeydiyyat sənədini axtarsa da, onu tapa bilməyib və məlum olub ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sənədləri qaytaranda qəzetin qeydiyyat sənədini qaytarmağı “unudub”. Bunun üçün Vergilər Nazirliyinin əlaqədar qurumlarına müraciət edən Ə.Zeynallı bürokratik maneələrlə qarşılaşıb. Bu haqda özünün facebook statusunda yazan jurnalistin statusunda deyilir:

“Korrupsiyaya qarşı Mubarizə İdarəsi mən həbs olunanda bütün sənədləri aparıb. Sonra da guya qaytarıb. Mən isə lazımi sənədləri tapa bilmirəm. Məsələn, “Xural”ın qeydiyyat sənədləri qaytarılan sənədlərin içində yoxdur. Bu gün sənədin surətini almaq üçün 1 saylı Vergilər Departamentinə getdim. Min cür bəhanələrdən sonra dedilər ki, sən fiziki şəxs olduğuna görə sənədin surətini 2 saylı Vergilər Departamentindən almalısan. Getdim ora. Bir sürü şey sadaladılar. Ərizə, müraciət, bir neçə gün gözləmək və s. və i.”

Nazirliyin əməkdaşlarından da şikayətçi olan jurnalist yazıb: “Yeri gəlmişkən, Vergilər Nazirliyinin mənimlə danışan əməkdaşları qaba, tonu ağır və üslubu doğru olmayan əməkdaşlar idilər.”

 

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button