Korrupsiyaya qarşı mübarizəyə özümüzdən başlamalıyıq!!!

Zakir Qaralov:  “Dəbdəbəli həyat tərzi keçirilməsi faktlarına qarşı ən ciddi tədbirlər görülməlidir”

“Azərbaycanda korrupsiyaya qurşanmanın əlaməti kimi dəbdəbəli həyat tərzi keçirilməsi faktlarına qarşı ən ciddi tədbirlər görülməlidir”. Bu barədə baş prokuror Zakir Qaralov keçirdiyi geniş kollegiya iclasında məlumat verib. Baş prokuror qeyd edib ki, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə ilə əlaqədar prokurorluğun sıralarının saflaşdırılması istiqamətində işlər qətiyyətlə davam etdirilməli, əməkdaşlar tərəfindən cinayət işlərinin istintaqı və aparılan yoxlamalar zamanı rüşvət istənilməsinə, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrə, korrupsiyaya qurşanmanın əlaməti kimi dəbdəbəli həyat tərzi keçirilməsi faktlarına qarşı ən ciddi tədbirlərin görülməsi təmin olunmalıdır.

“Korrupsiyaya qarşı mübarizəyə özümüzdən başlamalıyıq” – deyən Z.Qaralov qeyd edib ki, “digərlərindən belə münasibət tələb etməyə, onların korrupsioner fəaliyyətlərini araşdırmağa mənəvi haqqımız olsun”.

“Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında” Azərbaycan Prezidentinin 2009-cu il 22 iyun tarixli Fərmanının qeyd-şərtsiz icrası prokurorluq orqanlarının qarşısında duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirilməklə, Baş Prokurorluğun əlaqədar qurumları və bütün tabe prokurorlara həmin Fərmanın və Baş Prokurorluq üzrə müvafiq əmrin yerinə yetirilməsi istiqamətində zəruri işlərin davam etdirilməsi, aşkarlanan korrupsiya hüquqpozmaları üzrə qətiyyətli tədbirlərin görülməsi və qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması barədə tapşırıqlar verilib.

“Xural” qəzeti
il: 9, sayı: 005(413), 06-12 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button