“Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla intensiv telefon əlaqələrindədir”.
“TASS” agentliyinin verdiyi məlumata görə, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə Paşinyanın Putinlə bir saat ərzində apardığı iki telefon danışığı ilə bağlı sözlərini şərh edərkən bildirib.
“Prezidentin beynəlxalq telefon danışıqlarının hamısı barədə rəsmi açıqlamalar veririk”,- deyə Kremlin sözçüsü vurğulayıb.
O, Putinin özünün də qeyd etdiyi kimi, bu anda- Qarabağ nizamlanması prosesində Rusiya liderinin Ermənistan və Azərbaycandan olan həmkarları ilə sıx telefon dialoqunda olduğunu sözlərinə əlavə edib.
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan öz feysbuk hesabında bir saat ərzində iki dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışdığını bildirmişdi.
Sülhəddin ƏKBƏR Azad Demokratlar Partiyasının və Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyasının sədri Sabah – Yanvarın 20-də Co Baydenin and içərək prezident vəzifəsinin…
Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında fərman imzalayıb. “Qafqazinfo” xəbər verir ki,…
2020-ci ilin 19 avqustunda Türkiyənin Antalya şəhərində silahlı hücum nəticəsində qətlə yetirilən “Lotu Quli” ləqəbli Nadir Səlifovun İstanbul şəhərində yerləşən…
Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanan yeni avtomobil yolunun tikintisi davam etdirilir. Tikinti işləri Füzuli şəhərindən başlayaraq yeni trassa…
Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov Azərbaycana gətirilib. Bu…
Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” şirkətinin sahibi, eyni zamanda İdarə Heyətinin sədri Li Ce Ön 2 il yarım müddətinə azadlıqdan…