Kreml: “Yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər”

“Yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq mümkündür”.

TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov mayın 26-da jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, buna baxmayaraq kimsə tələsmir: “Necə deyərlər, qaçan yerimiz yoxdur”.

Qeyd edək ki, mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli zirvə görüşü olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button