KTMT-nin Baş katibi: “Ermənistanın təşkilatda qalıb-qalmaması onun suveren hüququdur”

Yayımlandı: 21 İyun 2024 13:56

İmanqali Tasmaqambetov Yerevanın bütün öhdəliklərinin qüvvədə qaldığını deyir

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqidir və Yerevanın da bütün öhdəlikləri qüvvədə qalır.

Bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın iyunun 21-də Qazaxıstanda keçiriləcək iclasda iştirak etməyəcəyinə dair xəbəri şərh edərkən deyib.

Onun sözlərinə görə, təşkilatda qalmaq və ya çıxmaq Yerevanın suveren hüququdur.

İmanqali Tasmaqambetov. Foto: “odkb-csto.org”

O həmçinin əlavə edib ki, KTMT-nin maliyyələşdirilməsindən imtina məsələsi barədə sual Ermənistana ünvanlanmalıdır.

İmanqali Tasmaqambetov ümid edib ki, Yerevan KTMT-yə üzvlüklə bağlı vəziyyəti hələ də aydınlaşdıracaq və təşkilata üzv olmaq və ya olmamaq barədə rəsmi qərar qəbul edəcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın KTMT-dan çıxması prosedurunun üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında müzakirə olunmadığını bildirib:

Çünki müvafiq müraciət daxil olmayıb”.

Ermənistanın KTMT-dən çıxmasının mümkün nəticələri ilə bağlı sualı cavablandıran Sergey Lavrov qeyd edib ki, müxtəlif fikir yürütmək diplomatiya ənənələrində yoxdur:

Sergey Lavrov, Alexandros Michailidis/shutterstock

“Bəli, bu gün görüşdə erməni nazir yox idi. Ona görə də Ermənistandan heç bir sənəd, heç bir məmur olmamış bir şeyin nəticələrini müzakirə etməyi zəruri edəcək addım da yox idi”.

Fevralın 23-də Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı “dondurulub”.

Ermənistan bundan əvvəl dekabrın 19-da KTMT parlamentinin iclasında iştirakdan imtina edib.

Yanvarın 8-də Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan KTMT-dən heç bir gözləntinin olmadığını bildirib.

Mayın 8-də isə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarında nəzərdə tutulmuş fəaliyyətini maliyyələşdirməyəcəyini açıqlamışdı.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button