Kuleba istefa verib

Yayımlandı: 4 Sentyabr 2024 12:41

Müraciətə parlamentin plenar iclasında baxılacaq

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa verib.

Bu barədə sentyabrın 4-də Ali Radanın sədri Ruslan Stefançuk özünün “Facebook” səhifəsində məlumat verib.

Ukrayna Ali Radası Ukraynanın Xarici İşlər Naziri Dmitri Kulebadan istefa məktubu alıb”, – deyə Stefançuk bildirib.

Parlament sədri əlavə edib ki, müraciətə növbəti plenar iclasların birində baxılacaq.

Foto: Ruslan Stefançukun “Facebook” səhifəsindən

Dmitri Kuleba özü istefası ilə bağlı açıqlama verməyib.

D.Kuleba 2020-ci ilin martından xarici işlər naziri vəzifəsində çalışır.

Sentyabrın 3-də Ukraynanın üç nazir və iki baş nazirin müavini istefa verib, strateji sənayelər naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets, həmçinin Baş nazirin Avropa inteqrasiyası üzrə müavini Olqa Stefanişina və müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası naziri İrina Vereşçuk.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button