Kürdəxanı qəbirstanlığına hörmətsizlik- FOTO+VİDEO

DSC_0245“Özümüz bir yana, onsuz da problemlərimiz başımızdan aşır, maraqlanan, iş görən yoxdur, heç olmasa ölülərimizə hörmət eləsinlər”

Adının çəkilməsini istəməyən Kürdəxanı sakini XuralTAC-a müraciət edərək, qəsəbə qəbirstanlığına qarşı edilən hörmətsizlikdən danışdı.

Onun sözlərinə görə, dəfələrlə bu məsələ ilə bağlı Kürdəxanı bələdiyyəsinə müraciət etsələr də ölçü götürən yoxdur.  Kürdəxanının tarixi uzaqlara gedir. Lain burada yeni salınmış tikililər də mövcuddur. Qəsəbədə kanalizasiya xəıttinin olmaması səbəbindən sakinlər çirkab suları qəsəbədən 50 metr aralıda olan gölməçəyə yönəldiblər. İllərdir, bu da yaxınlıqda olan qəbirstanlığa problem törətmirdi. Lakin elə ki, qəbirstanlığın düz qənşərində yol adı ilə təpə ucaltdılar, gölməçəyə gedən yolu bağladılar, bütün sular qəbirstanlığa doğru üz tutdu. İndi həyəcandan, əsəbdən gecələr də yata bilmirik. Su ilə qəbir daşlarının arasında cəmi 5-6 metr məsafə qalıb. Əgər ölçü götürməsələr, ölülərimizi də, özümüzü də təhqir etmiş olacaqlar. Qardaş, iş görmək istəyən yoxdur. 4 ildir ki, burada bu təpəni ucaldıblar, Kamazla torpaq, sementə oxşar toz buraxan, tərkibi naməlum qum gətirib töküblər. Deyiblər, guya yol çəkirlər. Birdən birə işi yarımçıq buraxdılar. Vəsait çatmayıb. Bunlar əvvəlcə özlərinə cib xərcliyi götürürlər, sonra hökumətin işini görürlər. Sonra da bəhanə edirlər ki, pul çatmır. Pulunu hesabla, sonra bu qəsəbəni kor qoy da… Belə olmaz axı. Nə gecəmiz var, nə gündüzümüz. Buranın da nə yiyəsi var, nə sahibi. Dərdimizi deməyə adam da tapa bilmirik. Hamısı vəzifədədilər deyə, sakinlərə yuxarıdan aşağı baxırlar. Səbrin də bir sonu var, ya yox? Sonra da deyəcəklər ki, sakinlər aksiya-filan keçirirlər, yolu bağlayırlar. Bəs nə edək? Gəlsinlər, baxsınlar da bura… İşləri döyül bəyəm. Özgə vaxt onların əlindən bir toyuq hini də tikə bilmirik, özlərini o saat göstərirlər. Bir ilə yaxındır ki, bura bu gündədir, haradadırlar?”

Müsahibimiz onu da bildirdi ki, hələlik bu yazıya Kürdəxanı Bələdiyyəsinin reaksiyasını gözləyəcəklər, bir nəticə olmasa, o zaman onlarla başqa “dildə” danışacaqlar.

Kürdəxanı Bələdiyyəsinin sədri Həqiqət Zeynalova
Kürdəxanı Bələdiyyəsinin sədri Həqiqət Zeynalova

Müxbirlərimizin Kürdəxanı Bələdiyyəsinin sədri Həqiqət Zeynalova ilə əlaqə qurmaq cəhdi alınmayıb, bələdiyyənin mövcud telefonları cavab verməyib.

Məsələ ilə bağlı H.Zeynalovanın da mövqeyini dərc etməyə hazırıq.

kurdexani

DSC_0247 DSC_0246 DSC_0245

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button