Kürd əsilli nazir: “1915-ci ildə ermənilərin öldürülməsi qətliamdır”

Fazil Mustafa: “Nazir təyin edəndə baxmırlar ki, bu Gülnazdır, yoxsa Sənəm?”
Türkiyədə 3 gün əvvəl qurulan yeni hökumətdə Avropa Birliyi üzrə nazir kürdlərin partiyası kimi tanınan HDP təmsilçisi Əli Heydər Qönçə keçirdiyi mətbuat konfransında saxta “erməni qətliamını”nın baş verdiyini dilə gətirib. Xural.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qönçə “erməni soyqırımı”mövzusunun Avropa Birliyində gündəmə gətiriləcəyi halda hansı mövqe ortaya qoyacağı ilə bağlı suala belə cavab verib: “Bir qətliam baş verdiyi çox açıq və dəqiqdir. Bunu hər kəs qəbul edir. Əsas etibarilə qəbul etməyən yoxdur. Əsas olan onun təsdiqlənməsidir. Onu da partiyada müzakirə etdikdən sonra mövqeyimiz dəqiqləşdirəcəyik” – deyə nazir bildirib.  Nazirin bu açıqlamasını “erməni soyqırımı”nın tanınması kimi qiymətləndirilməsindən sonra bu gün HDP-nin mərkəzi ofisinin qarşısında jurnalistin sualına cavab olaraq, o bildirib ki, 1915-ci ilədə baş verənlərin adı “qətliamdır”. O, açıqlamasında “soyqırım” ifadəsini işlətmədiyini, 1915-ci ildə öldürülmənin olduğunu və bunun adının da “qətliam” olduğunu bir daha vurğulayıb.
Millət vəkili Fazil Mustafa Əli Heydər Qönçənin bu sərsəm açıqlamasını belə şərh edib: “Türkiyədə təşkil olunmuş müvəqqəti hökumətin Avropa İttifaqı ilə əlaqələr naziri təyin olunmuş HDP-dən olan Əli Heydər Qönçə keçirdiyi mətbuat konfransında saxta “erməni soyqırımı”nı tanıdığını bəyan edib. Soruşan yoxdur ki, bu Qönçəyə kim Çiçək piştaxtasında yer verib? Avropa İttifaqı da elə bunu gözləyir, ağılları ola, erməni soyqırımı məsələsini dərhal gündəmə gətirib birbaşa Türkiyə hökumət təmsilçisinin dəstəyini də qazanalar. Bu qədər ciddi mövqeyə nazir təyin edəndə baxmırlar ki, bu Gülnazdır, yoxsa Sənəm? Bu şərəfsiz nazirdən bir türk jurnalisti də soruşmur ki, bəs Xocalıda ermənilər tərəfindən soyqırım yapıldığını qəbul edirsənmi? Bu kürd adı altında gizlənmiş erməni guya bilmir ki, 1915 – ci ildə Osmanlı Dövlətinə xəyanətə görə sürgün edilən ermənilərin mal – mülkünü ələ keçirmək üçün kürd çeteləri öldürüblər?”
Qeyd edək ki, sayca 63-cü olan yeni hökumət  Türkiyənin tarixində ilk seçim hökumətidir. 26 nəfərdən ibarət Nazirlər Kabinetində AKP-dən 11, müstəqillərdən 11, HDP-dən 2, MHP-dən 2 nazir təmsil olunacaq. Ölkə konstitusiyasına görə seçki dönəmində Daxili İşlər, Nəqliyyat və Ədalət Nazirliklərinin rəhbəri müstəqil şəxslər olmalıdır.  Yerdə qalan 8 nəfərə gəlincə, əslində onların əvəzinə nazir kürsüsündə müxalifətdən olan deputatlar oturmalı idi. Lakin Davudoğlunun nazir postunu təklif etdiyi 11 nəfər müxalifətçidən (CHP-dən – Ərdoğan Toprak, Gülsün Toke, İlhan Kesici, Dəniz Baykal, Tekin Bingöl; MHP-dən Əhməd Tanrıqulu, Tuğrul Türkeş, Meral Akşenər; HDP-dən Müslüm Doğan, Levent Tüzel, Əli Heydər Konca) yalnız 3-ü – MHP-çi Tuğrul Türkeş və HDP-dən Müslüm Doğan və Əli Heydər Konca təklifə razılıq verib. Digər müxalifətçilərin imtinasına görə boş qalan yerlərə müstəqillər arasından nazirlər seçilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button