Lənkəranskinin nəşi Azərbaycana gətirildi

Türkiyədə baş vermiş silahlı hücumdan sonra xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsi Lənkərana gətirilib.

İstanbul-Lənkəran xüsusi reysi ilə yola çıxan təyyarə Bakı vaxtı ilə saat 22:30-da Lənkəran şəhər hava limanına eniş edib. Azərbaycanın bütün rayonlarından 2 minə yaxın insan cənazəni qarşılamağa gəlib. Bu səbəbdən Lənkəranın Kərgəlan kənd dairəsindən Gərmətük qəsəbəsi dairəsinə qədər olan yolda avtomobillərin sıxlığı yaranıb və hərəkət məhdudlaşıb.

R.Lənkəranski avqustun 19-da Lənkəran şəhər, Kiçik Bazar məhəlləsindəki Sardaxıl qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, hadisə avqustun 17-dən 18-nə keçən gecə İstanbul şəhərində baş verib. Belə ki, Barbaros bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı “90 ND 011” nişanlı avtomobillə ayrılan R.Lənkəranski digər maşınla otelin qarşısına gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb. İş adamına hücum etmiş silahlı şəxslər hadisə yerindən qaçıblar. R.Lənkəranski və sürücüsü xəstəxanaya aparılıb.

Report.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button