Lənkəran ağsaqalları od püşkürdü!

«Qəni Axundov bir neçə məsciddən əxlaqsızlıq yuvası kimi istifadə edir»

 Hacı Mirəsgər Miriyev: «Harada narkotika tutulur, Şeyxülislamın cənub bölgəsi üzrə nümayəndəsi Qəni Axundovun adı hallanı

Sentyabrın 7-də Lənkəran şəhərində 12 günlük həbsə məhkum edilən tanınmış jurnalist Aydın Canıyevin «Xural» qəzetində dərc etdirdiyi məqalələrə görə şərlənməsi və həbs etdirilməsi barədə məlumatlar güclənməkdədir.

Xatırladaq ki, A.Canıyevin sərxoş halda məscid pəncərəsini sındırması əsas gətirilmiş, bu barədə dərhal video və foto çəkilişlər aparılmış və bütün kütləvi informasiya vasitələrinə, o cümlədə telekanallara göndərilmişdi. Olayın qurama olduğu ilk andan görünsə də, «Xural» qəzeti olaraq məsələnin böyüməsində maraqlı olmadıq və 12 günlük həbs müddətinin bitməsini və Aydın Canıyevin özünün məsələyə aydınlıq gətirəcəyini gözləmək qərarına gəldik. Bir daha bəyan etməyi lazım bilirik ki, A.Canıyev nə qədər peşəkar jurnalist olmasına baxmayaraq, şəxsi planda baş verən anlaşılmazlığa görə özü məsuliyyət daşıyır və onun əxlaqi dəyərlərimizə qarşı hər hansı hörmətsizliyini qəbul etmirik.

Əlbəttə, məscidə içkili halda daxil olmağın da bir jurnalistin həbs olunmasına əsas olduğunu düşünməkdən çox uzağıq və bütün deyilənlər bizi həbs müddətinin başa çatmasını gözləməyə vadar etdi.

Dünən isə redaksiyamıza Lənkəran rayon Sütəmurdov kənd sakini Miriyev Mirəsgər Mİrqadir oğlunun imzası ilə məktub daxil olub. Məktubun məzmununa müdaxilə etmədən və hələlik münasibətimizi bildirmədən, rayon sakininin müraciətini olduğu kimi Oxucularımızın ixtiyarına verməyi lazım bildik.

Əsgər Miriyevin məktubunda deyilir:

«Hörmətli redaksiya!

Mən sizin qəzetinizi daim izləyirəm. Yazdığınız mövzular çox xoşuma gəlir. Şübhə etmirəm ki, sizin digər Oxucularınız da mənim kimi düşünür. Doğru və cəsarətli yazırsınız. Hiss olunur ki, məqsədiniz hamını düzgün yola çıxarmaq, haqqı nahaqdan ayıra bilmək, xalqımızın adına ləkə gətirən işlərdən uzaqlaşdırmaq, halal çörək qazanmağı üstün tutmaq vərdişlərinə çağırırsınız. Hətta yollarını azmış adamlara da müdrik məsləhətlər verirsiniz. Onu milli adət-ənənələrə, əxlaq normalarına, sədaqətə, vətənpərvərliyə səsləyirsiniz. Bir sözlə, sözü yerə atırsınız ki, yiyəsi götürsün.

Sizin yazılarınızda hər hansısa bir partiyanın yox, ümumxalq mənafeyinin ətri duyulur. Sanki siz xalqımızı Peyğəmbərimizin buyurduğu kimi, bir-birşlərinə arxa və dayaq olmağa, insanpərpər olmağa dəvət edirsiniz. Mən bir Allah adamı, seyid kimi qəlbən sizdən razı qalıram. Allah sizdən razı olsun!

Sizin Cənub zonası üzrə müxbiriniz Aydın Canıyev çox cəsarətli, sözü üzə danışan, vicdanı təmiz olan jurnalistdir. Onun Lənkəranın zona üzrə axundu Qəni Axundovun haqqında yazılan məqaləsi həqiqəti əks etdirir, Qəni Axundov qəzet vasitəsilə öz etirazını bildirə bilərdi, həmən məqaləni yolu üstə qoymaq olardı. O isə hiyləgərliyə əl atıb şüşələri sındırdı, əgər video kamera var idisə, bəs niyə Aydın Canıyevin şüşə sındırmasını çəkib göstərmədi?

O qadınları da, şahidləri də Axundov Qəni pulla aldadıb, şahidlərə imza etdirib. Qəni Axundov bir neçə məsciddən əxlaqsızlıq yuvası kimi istifadə edir. Qəni Axundov üç ildən bir attestasiya keçirir, imtahandan kəsilənlər pul verib yenə Məsciddə işləyir. Bu qəni Axundov İslam dininə zərbə vurur. Əgər Qəni Axundovun İslam Bankından götürdüyü güzəştli krediti yoxlamış olsalar, onda bilinər bu hansı yuvanın quşudur. Qəni Axundovun xəbis əməlini bütün rayon bilir. Harada narkotika tutulur, onun adı hallanır. Bu, öz villasıyla, «Mercedes» maşınıyla bir daha sübut edir ki, ocaqlardakı nəzirləri yığıb mənimsəyir.

Hər il məhərrəmlikdə Lənkəran rayonunun Şıxseyid ocağının pulunu polislə gəlib aparır. Əgər Şeyx həzrətlərinin onun xəbis, murdar əməllərindən xəbəri yoxdursa, mən Şeyx həzrətlərinə sizin qəzetiniz vasitəsilə bildirirəm ki, Lənkəran rayonunun Velədi kəndinin axundu əxlaqsız işlərlə məsciddə məşğul olur. Axundun adı Mehrəliyev Ramil Əlikram oğlu, iki dəfə attestasiyadan kəsilib. Qəni Axundovsa pul alıb onu saxlayır. 1500 kənd əhlinin ah-naləsi ərşə qalxır, Qəni Axundov özü üçün pul qazanır, o əxlaqsızı məsciddən rədd eləmir.

Hacı Mirəsgər Mirqədir oğlu Miriyev»

 Bir daha xatırlatmaqda fayda var ki, Aydın Canıyevin həbsindən sonra Cənub bölgəsinin ağsaqallarından olan tanınmış ictimai xadimlərdən bəziləri də «Xural» redaksiyası ilə əlaqə yaradaraq bu məzmunlu fikirlərini bildirmiş və dəstəklərini təklif etmişlər. Lakin biz 12 günlük həbs müddəti ərzində hər hansı problem yaradılmayacağı və şərlənmə əməliyyatının elə 12 günlə məhdudlaşacağına ümid etdiyimizdən, bu təklifləri qəbul etməmişik.

 “Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button