Lənkəran məscidlərindən inanılmaz videogörüntülər “Xural”da…

Mömünlər təhqir olunur, Allah evi zəbt edilir

 Ölkəni dəhşətə gətirəcək faktlar araşdırılır

 “Xural” qəzetinin redaksiyasına Lənkəran məscidlərində baş verən inanılmaz olaylarla bağlı videogörüntülər təqdim edilib. Ölkəni dəhşətə gətirəcək görüntülərdə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin cənub bölgəsi üzrə nümayəndəsi Qəni Axundzadənin məscidlərə təyin etdiyi axundların nalayiq hərəkətləri öz əksini tapıb. Eyni zamanda məscidlərdən birini zəbt edən qadın dəstəsinin rəhbərinin açıqlaması diqqəti cəlb edir. Məscidi zəbt edən, orada olan xalçaları pəncərədən çölə atan qadın, Allah evinin ona Şeyxülislam Hacı Allahşükür tərəfindən hədiyyə edildiyini bildirir. Eyni zamanda məscidi zəbt edənlər arasında hörmətli şeyxin bacısının olduğunu xüsusən vurğulayır.

Redaksiyamıza təqdim edilən videoğörüntülər araşdırma qrupu tərəfindən incələnib. Videogörüntülərin montaj olmaması barədə artıq mütəxəssis rəyi verilib. Bu gün videogörüntülər Redaktorlar Birliyinə təqdim ediləcək və nəticə haqqında Oxuculara məlumat veriləcək.

 Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 051 (460), 05 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button