Lənkəranda 18 məktəb niyə direktorsuz qalıb?

 

Səbəb kimi icra başçısının humanitar məsələlər üzrə müavini Səmədağa Abdullayevin «haqq» tələb etməsi göstərilir

 Kəndlərə direktorr 5000, Lənkəranın özünə direktor isə 8-10.000 manat!

 Məlum olduğu kimi, dövlət başçısının sərəncamı ilə yaş həddi 65-i keçmiş şəxslərin ixtisara salınması prosesi gedir. Bütün sahələri əhatə edən bu proses Lənkəranda da həyata keçirilir. tia.az saytı xəbər verir ki, avqustun sonlarından başlayaraq reallaşdırılan proses nəticəsində Lənkəran rayonunda 18 orta məktəbin direktoru yaş həddinə görə işdən çıxarılıb.

Rayondan verilən məlumata görə, yeni dərs ilinin başlanmasına rəğmən, hələ də həmin məktəblər direktorsuz qalıb. Bunun səbəbi isə kadr çatışmazlığı deyil, başqa bir səbəbdir. Rayon sakinlərindən biri deyib deyib ki, ortada rüşvət amilinin olması məktəbləri başsız qoyub. Onun bildirdiyinə görə, Lənkəran rayon Təhsil Şöbəsinin müdiri Şahanə xanım bu prosesi reallaşdırmağa çalışsa da, İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Səmədağa Abdullayevin işdə maraqlı olması hər şeyi indiki vəziyyətə çatdırıb.

Mənbə bildirir ki, S.Abdullayev təhsil şöbəsinin müdirinə tapşırıb ki, orta məktəblərə direktor təyinatı «hörmətsiz» həyata keçirilə bilməz. Buna görə də, xanım şöbə müdirindən tələb edib ki, kənd orta məktəblərinə direktor getmək istəyənlər 5000 manat, Lənkəran şəhər orta məktəblərində direktor kimi işləmək istəyənlər isə 8-10 min manatlarından keçməlidir.

Hazırda rayonda bu qədər pulu olan və həmin pulu verərək risk edib direktor təyinatı almaq istəyən şəxs olmadığı üçün orta məktəblərin rəhbər postları boş qalıb.

“Xural” qəzeti,

il 9, sayı: 056 (465), 10 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button