Lənkəranda icra başçısı torpaqları necə satır?

lənkəranın icra başçısı Tofiq İbrahimov

Tofiq İbrahimov vətəndaşların pay torpaqlarını satır

 Lankəranın 9 kəndində torpaq islahatı aparılmayıb. Buna baxmayaraq, icra başçısı və yerli məmurlar həmin kəndlərdə torpaq satşına qərar veriblər. Bu barədə mətbuata Lənkəran rayon Sütəmurdov kənd sakini Mirəsgər Miriyev məlumat verib.

O bildirir ki, bununla bağlı dəfələrlə icra başçısına və ölkə rəhbərliyinə müraciət edib. M.Miriyevin sözlərinə görə, icra başçısı Tofiq İbrahimov ona çatacaq pay torpaqlarını da verməkdən imtina edir: «Lənkəranda 9 kənddə torpaq islahatı aparılmayıb. Mənə çatacaq pay torpağı da verilmir. İcra başçısına müraciət etmişəm. Ancaq müraciətlərim nəticəsiz qalır. Problemlə əlaqədar ölkə başçısına da müraciət etmişəm. Tofiq İbrahimov və komandası torpaq islahatı aparılmayan kəndlərdə torpaq satırlar. Ancaq təəssüflər olsun ki, heç kəs bunun qarşısını almaq istəmir».

Şikayətçi övladlarından bir neçəsinin ağır xəstə olduğunu deyərək bildirir ki, Lənkəran İcra hakimiyyətndə ona qarşı ögey münasibət var və yerli məmurlar onunla görüşməkdən imtina edir.

“Xural” qəzeti,

il 9, sayı: 063 (473), 18 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. Mirəsgər haminin tanidigi bohtanci bir şəxsdir! Mamusta kənd sakinlərinin əksəriyyətinə neçə min ton mandarin. sitrus pulunu atib. Camaat hələdə borclarini gözlüyür. ÖZÜNÜ CAMAATA SEYYİD VƏ HACİ KİMİ GÖRSƏDİR. BAŞDAN AYAGA MASKADIİR!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button