Lahıcov məktəb direktorlarından xərac topladığı üçün işdən çıxarılıb

Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov tutduğu vəzifədən azad edilib. Haqqin.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata əsasən bunun səbəbi Lahıcov tərəfindən törədilən çoxsaylı maliyyə pozuntularıdır. Daxili yoxlama başlayıb və hazırda Lahicov barəsində təhqiqat aparılır.

Uzun illər “Təhsil”-ə rəhbərlik edən Lahıcovun işdən çıxarılmasının səbəblərindən biri də onun pul yığmaq məqsədi ilə etdiyi “təşəbbüs” olub.  Bir neçə ay əvvəl, o, idman məktəblərinin direktorlarına yeni nazir Emin Əmrullayev üçün “xərac toplamaq” lazım olduğunu deyib. Təbii ki, bütün bunlar islahatçı-nazirin özünün xəbəri olmadan baş verib.

Qeyd edək ki, Təhsil Respublika İdman Mərkəzi 20 il əvvəl “Əmək ehtiyyatları” idman cəmiyyətinin bazasında yaradılmışdı. Mərkəzdə müxtəlif idman növləri üzrə bölmələr var. Milli komandaların bir çox fəal idmançıları mərkəzin şagirdləridir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button