Lavrov: Ermənistan və Azərbaycan arasında delimitasiya Qarabağ bölgəsinə aid deyil

Rusiya demarkasiya komissiyası ilə bağlı Ermənistanın təkliflərini Azərbaycana çatdıracaq

“İrəvanla Bakı arasında fikir ayrılıqları var, Rusiya razılaşdırılmamış məsələləri delimitasiya üzrə rəsmi komissiya çərçivəsində həll etməyi təklif edir. Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası Dağlıq Qarabağda nizamlanmaya aidiyyatı yoxdur”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı zamanı deyib. O əlavə edib ki, Moskva Ermənistanla Azərbaycan arasında sərhədin tezliklə delimitasiyasına tərəfdardır: “Lakin bunun Qarabağ bölgəsinə və nizamlanma məsələsinə aidiyyatı yoxdur, bu, sırf ikitərəfli məsələdir, biz artıq bir ilə yaxındır ki, bunun üçün demarkasiya və delimitasiya komissiyası yaratmaqla onun üzərində işləməyə başlamağı təklif etmişik”.

Lavrov onu da deyib ki, “Moskva özünü məsləhətçi kimi təklif edir, çünki Rusiya Federasiyasının Baş Qərargahında SSRİ-nin yaranmasının müxtəlif mərhələlərini, onun inzibati sərhədlərində və ittifaq respublikaları arasında sərhədlərdə dəyişiklikləri əks etdirən xəritələr var. Dünən mən erməni həmkarımla məhz bu mövzuda danışdım. Tərəflərdən müvafiq təkliflər var. Komissiya yaratmaq üçün ilk növbədə şərtləri razılaşdırmaq lazımdır. Hazırda bu şərtlər müzakirə edilib  və hazırlanır”.

Onun sözlərinə görə, fərqlər var. Moskvanın mövqeyi ondan ibarətdir ki, danışıqlara oturulsun və rəsmi olaraq yaradılmış komissiya çərçivəsində həll olunmamış bütün məsələlər həll edilsin.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button